GameWin

HƏMİŞƏ ÜMÜD YERİ OLASINIZ
Ulu Tanrının rüsxəti ilə insanlara şəfa verən, öz qüdrəti , möcüzələri ilə adamı heyrətə gətirən , böyük-böyük klinikaların , tibbi laboratoriyaların USM və rentgen aparatlarının öhdəsindən gələ bilmədiyi işi çox qısa müddətdə görə bilən bir xanım var. Məlahətli səsə, gözəl nitqə , namxuda boy-buxuna malik bir xanım- Zərifə xanım. Allah vergili bu xanım məni sözün əsl mənasında yenidən həyata qaytardı. Böyük yaradan  onun kəramətini daha da artıq etsin.
Qeyd etmək istəyirəm ki, 30 ilə yaxındır ki, uroloji xəstəyəm. Bu illər ərzində tez-tez gah sağ , gah da sol böyrəyimdə daşlar yaranar, dəhşətli ağrı-acılarla , hər altı aydan və ya bir ildən bir bədənimdən xaric olardı.lakin bu il yaranan daşlar düşmədi ki, düşmədi, hələ üstəlik böyrəyimdə iltihablı proses də  başladı. Xəstəxanada yatmalı oldum. Sağ böyrəyimdə dörd ədəd , sol böyrəyimdə isə iki ədəd daş var idi. İki aya yaxın müalicə aldım amma nəticə vermədi. Belə olan halda cərrahiyyə əməliyyatı vasitəsi ilə daşları çıxarmaq qərarına gəldilər. Amma mən " bıçaqdan ”çəkinərək razılıq vermədim.
Nəhayət , bəxtim üzümə güldü. Qəzetlərdə "Rentgen -Qadın” adı ilə məhşurlaşmış Zərifə xanım Mayılovanın möcüzələri haqqında oxuyub , bu şəfa mələyinin qəbuluna getdim.O, mənə dəqiq diaqnoz qoyaraq, müalicəmə başladı.Cəmi 4 seansdan sonra böyrək daşlarım əriyərək böyrəkdən tökülməyə başladı. USM-də yoxlatdıranda həkimin təəcübdən gözləri böyüdü: -"Bu daşlar necə olub?!”
Zərifə xanım, Allah sizdən razı olsun! Allah sizi Azərbaycanımıza çox görməsin! Ulu Tanrıdan arzum , həmişə ümüd yeri olasınız!

Yaqubov Sabir Ağakişi oğlu
Yazıçı–jurnalist, Respublika Jurnalistlər Birliyinin üzvü
Yazan: admin Baxış: 711 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0