GameWin

«ŞƏFA PƏRİSİ»
«ŞƏFA PƏRİSİ»
Uzun illərdi ki, mədə-bağırsaq xəstəliyindən əzab çəkirdim. Getmədiyim həkim, içmədiyim dərman qalmamışdı. Mən Zərifə xanımın adını eşidib, yanına gəldim. Deyilənlər düz imiş. Qaranlıq otaq-da məni müayinə edib, xəstəliyimi bir-bir üzümə dedi. Mən mat keçdim. Və düşündüm: «Bunun işi Allah vergisidir». Sonra 2-3 seans məni əlləri ilə müalicə etdi.
Bir həftədən sonra oldum anadangəlmə, sağ-salamat.
Qızım Nahidənin dərdi bizi üzürdü. Gözləri tutulduğu üçün ailəsi də dağıldı. Körpəsi ilə üstümüzə qayıtdı. Yanında bir adam olmasa heç yana çıxa bilmirdi. Özüm şəfa tapandan sonra qızımı da Zərifə bacımın yanına apardım. İkinci seansdan son-ra dördqat şüşəli eynəyini müalicə otağında qoyub getdi.

«Kəlbəcər harayı» qəzeti
«Murovdağ» qəzeti № 16
25 noyabr 1994-cü il
Yazan: admin Baxış: 808 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0