GameWin

ŞƏFA MƏLƏYİ
ŞƏFA MƏLƏYİ
Nə qədər ağır olsa da etiraf etməliyik ki, xarici dövlətlərdə Zərifə xanıma diqqət və maraq, hörmət və ehtiram Azərbaycandakından daha çoxdur. Xorasanda — Qərib İmam Rzanın ziyarətində olarkən bu müqəddəs xanımın nəinki pişvazında durmuş, hətta ona İranda qalıb yaşamağı, burada sərbəst fəaliyyət göstərməyi dəfələrlə təklif etmişlər.
Lakin nə Almaniyada olan gözəl şərait, nə də İranda ona göstərilən böyük qayğı Zərifə xanımın Vətən sevgisini üstələyə bilməmişdir. O, dərin köklərlə bağlı olduğu doğma Azərbaycandan ayrıla bilməz. Onu bir insan kimi daha nüfuzlu və hörmətli edən keyfiyyətlərdən biri də Zərifə xanımın son dərəcə qayğıkeş və xeyriyyəçi olmasıdır. Bu qeyrətli qadın həmişə öz imkanı daxilində əlsiz-ayaqsızlara, qaçqınlara, şəhid ailələrinə maddi yardımlar edir.
Böyük klinikaların, laboratoriyaların, rentgen və «USM» kabinetlərinin günlərlə, həftələrlə görə bilmədiyi işin öhdəsindən Zərifə xanımın qısa müddətdə və çox məharətlə gəlməsi heyrətli və möcüzəli olduğu qədər də danılmaz gerçəklik və həqiqətdir.
O, özünü nə görücü, nə də ekstrasens sayır. «Mən Allahın rüsxətilə insanlara şəfa verənəm», — deyir.

«525-ci qəzet», 
4 fevral 2002-ci il
Yazan: admin Baxış: 695 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0