GameWin

NAR AĞACLARINI KƏSMƏZLƏR
NAR AĞACLARINI KƏSMƏZLƏR
Dağda-daşda da bitir nar ağacı, soyuğa-şaxtaya dözə-dözə. Möhtəşəm Hacı Qaraman ziyarətgahına gedəndə o vaxt mənim uşaq dünyamda nar ağacları qırıla-qırıla,əzilə-əzilə dözüb çoxalan, ilahiyə daha yaxın olan, möcüzə qədər cazibədar bir nəsil, şəcərə simvolu kimi böyüyüb çiçəklənmişdi. Nar çiçəklərini sevməyən insan təsəvvür edə bilməzdim bu yer üzündə!
O il çox sərt gəlmişdi qış. Nar ağacları qurumuşdu. Yazağzı qurumuş nar ağaclarının kökündən pöhrələndiyini görəndə dünyalar qədər sevinmişdim.
Sonralar qeyri-adi adamlarla maraqlandığımdan bu mövzuda yazılar yazmışam. Bir gün mən də Zərifə xanımın yanında oldum. Mən Zərifə xanım haqqında nəşr olunan kitabı oxumuşdum.
Qəbulda Zərifə xanım bizə «yadigar» saxladığı bir topa eynəyi göstərib dedi: «Əgər bu eynəklərin sahibləri şəfa tapmasaydılar, bunları burada necə qoyub gedə bilərdilər?»
Bəli, dünyada cavabsız suallar çoxdu və bizim üçün ən maraqlısı cavablardı.
İnsanlara xoşbəxtlik gətirmək çox-çox əziyyətli, əsəbi iş olsa da, həm də şərəflidir.
Zərifə xanıma bu əziyyətli və şərəfli işində uğurlar diləyirik.

«Rabitə dünyası»
7.02.1997-ci il
Yazan: admin Baxış: 714 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0