GameWin

NİYƏ DANIŞMIRSINIZ, «FRAU-RENTGEN»?
NİYƏ DANIŞMIRSINIZ, «FRAU-RENTGEN»?
Minilliklərdən üzü bəri insan adlanan bioloci varlıq Yerin,Göyün, Kainatın sirlərini çözməyə çalışdığı müəmmalar içində itib batır və dərinliyinə vara bilməsə də, üz-üzə qaldığı həqiqətləri möcüzə adlandırmağa məcbur olur. 
Uzaq qalaktikalardakı həyatı öyrənməyə, planetləri bürümüş pünhanlığa baş vurmağa çalışanlar rastlaşdıqları qeyri-adi adamlara müxtəlif prizmadan yanaşıb. Kimi «vergili», kimi «kosmosla əlaqəsi olan» deyə əlaqələndirib. Əfsanəvi Vanqa, Lyu İn kimi dünya elmini mat qoyanlardan biri də Kəlbəcərdə 400 ildən bəri qorunub saxlanılan nəsil şəcərəsinə (miladi 1587-1588) yeddinci babaları imam Museyi-Kazım (ə) həzrətlərinə gəlib çıxan Seyid Misgin ağanın ocağında dünyaya gələn Zərifə xanımdır.
Zərifə xanım uşaqlıqda ilanlarla dostluq edib. Baba ocağının müqəddəs qoruyucuları ilanlar olub. Beş yaşında olanda Kəlbəcərin İstisu kurortunda Zərifənin eyvandan uçduğunu görmüşlər.
Zərifə xanım yüksək milli mədəniyyətə, intellektə,  gözəl nitqə, heyrətamiz tibbi savada malikdir. O, nə telepat, nə də ekstrasensdir. Nə falçı, nə də cadugərdir. O,  möcüzəli rentgen qabiliyyəti ilə hamını heyrətə salan fenomendir.

«Palitra» 25-28 dekabr 1999-cu il
Yazan: admin Baxış: 526 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0