GameWin

RENTGEN-QADIN
RENTGEN-QADIN
Rentgen aparatının, müasir tibb elminin uğurları hesab edilən diaqnostik aparatların tədqiq  edə bildiyi xəstəlikləri adi gözlə görmək bacarığı, qabiliyyəti fərziyyə kimi də qəbul oluna bilər. Amma bu fərziyyənin həyatiliyini zərif bir məxluqda şahidiolduq. Bu, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Respublikanın Fəxri Ziyalısı, xeyriyyəçi Zərifə Yaqub qızı Nəbiyevadır. İnsanın daxili orqanlarını rentgen kimi görmək qabiliyyəti ilk dəfə  olaraq dövlət səviyyəsində imtahan edilmiş və alman tibb mütəxəssislərinin heyrətinə səbəb olmuşdur. Xarici alimləri adi gözlə insan daxilini görə bilən  bu azərbaycanlı qadına «Frau-rentgen» —»Rentgen-qadın» adını veriblər.
Zərifə xanım xəstələri müalicə edərkən tibb elminə məlum olan aparatlardan və dərmanlardan istifadə etmir.
Tanrının insanlara sevinc payı, əvəzsiz bəxşişi olan bu varlıq, tibb elminə məlum olan bütün xəstəlikləri müalicə edir. Amma bütün bunlarla yanaşı Zərifə xanım özünü nə ekstrasens, nə də baxıcı adlandırmır. Qeyri-adi gücə malik olmasını ilahi tərəfindən verilən bəxşiş hesab edir.
Zərifə xanımın möcüzəsi bir də ondadır ki,o, rentgen və «USM» aparatının tapa bilmədiyi xəstəliyi də aşkar edir, diaqnoz qoyur və öz şəfalı bioenercili əlləri ilə qısa müddətdə müalicə edir.

«Arqument» qəzeti
5-12 may 2000-ci il
Yazan: admin Baxış: 871 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0