GameWin

ŞƏFALI QADIN ZƏRİFƏ MAYILOVA ÇÜRÜMÜŞ BÖYRƏYİ MÜALİCƏ EDİB
ŞƏFALI QADIN ZƏRİFƏ MAYILOVA ÇÜRÜMÜŞ BÖYRƏYİ MÜALİCƏ EDİB
«Rentgen-qadın» adı ilə dünyanın bir çox ölkələrində — Türkiyə, Almaniya, İran, Rusiya və Hollandiyada tanınmış bu insan — Zərifə xanım Mayılovadır. Heyrətamiz fitri qabiliyyəti ilə yalnız adi adamları deyil, hətta təbabət sahəsində dünyanın məşhur mütəxəssislərini də riqqətə gətirən Zərifə xanım insanın daxili orqanizminin normal və ya qeyri-normal vəziyyətinin bütün incəliklərini heç bir vəsait olmadan öz nurlu-şəfalı gözləri ilə görür və onu tibbi qanunauyğunluqlar şəklində şərh edir.
Orqanizmdə gedən bioloci-fizioloci proseslərin müxtəlif səviyyələrini bütövlüyü və tam aydınlığı,özü də adi insanın gözü ilə, həm də ən müasir tibbi cihazlardan daha geniş, daha dəqiq, daha zən-gin görmək heç bir elmi meyara sığışmır.
Çünki bu proses maddi dünyanın reallığını inikas etdirən elmin obyekti deyil, sirli-sehrli dünyanın anlaşılması bizə asan olmayan bir hikmətidir. Zərifə xanım 100-dən artıq xəstəliyin əlacını bilir.
Zərifə xanımla bağlı belə bir heyrət hissini mən də keçirmişəm. Sol böyrəyi xəstə olan həyat yoldaşımı müalicədən sonra «USM» aparatına apardıq. Aparatın verdiyi məlumat bizi sarsıtdı: «böyrək çürüyüb». Professorların göstərişi ilə rentgen aparatında xəstə böyrəyin 4 formada şəkli çəkildi. Professorlar sağ böyrəyin funksiyasına mənfi təsiri aradan götürmək üçün sol böyrəyin təcili kəsilməsi üzərində israr etdilər. Sarsılmış vəziyətdə bu sahə ilə məşğul olan 6 tibb xəstəxanasına müraciət etdik. Hər yerdən «sol böyrək təcili kəsilməlidir» rəyini aldıq.
Nə isə… əzablı fikirlər içərisində üzüldüyüm zaman məni Yaradan və yaşadan Allahımdan möcüzə istədim.
Qüdrət və əzəmət sahibi məhz həmin gecənin sabahı öz möcüzəsi ilə məni heyrətdə qoydu.
Sabah tezdən qardaşım Sadəddin müəllim professor Fəridə Məmmədovanın bir məqaləsini gətirdi. Məqalədə «rentgen-qadın» Zərifə xanım tərəfindən onun öd kisəsinin və böyrək daşlarının möcüzəli müalicəsindən söhbət gedirdi. Mənim isə «rentgen-qadın» haqqında heç bir məlumatım yox idi. Dərhal səmimi, insani münasibətlərimiz olan Fəridə xanıma zəng etdim və onun vasitəsilə xanıma müraciət etdik…
Zərifə xanım  cəmi üç dəqiqə içərisində heç bir texniki vasitə olmadan, qaranlıq otaqda ilahi nurla işıqlandırılmış şəfalı gözləri ilə xəstəmizə baxdı və böyrəyin öz funksiyasını əsla itirmədiyini, cərrahiyyə əməliyyatına ehtiyac olmadığını, üstəlik həkim-uroloqların sağlam hesab etdikləri sağ böyrəyin də müəyyən qədər xəstə olduğunu söylədi. Eyni zamanda hər iki böyrəyin müalicəsini üzərinə götürən möcüzəli qadın Zərifə xanım: «Narahatçılığa əsas yoxdur. Hər şey yaxşı qurtaracaq!» fikrini qəti inamla söylədi. 
Zərifə xanımın möcüzəli müalicəsi heyrətamiz şəkildə uğurlu keçdi. Belə ki, xəstəmiz cəmi 3 seans qəbul etdikdən sonra «USM» aparatına müraciət etdik. Bu zaman möcüzənin şahidi olduq: funksiyasını itirmiş xəstə böyrək artıq sağalmışdı.
Ulu əcdadı VII imam Həzrəti Museyi-Kazıma bağlı olan ismətli-şəfqətli Zərifə xanımın qeyri-adi fəaliyyəti tibbi ictimaiyyətin  geniş marağına və diqqətinə səbəb olub. Səhiyyə nazirliyi və başqa təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, ona bir çox fəxri fərmanlar, diplomlar verilmişdir.
Oxuculara Zərifə xanımın Moskvada qazandığı son müvəffəqiyyəti haqqında məmnuniyyətlə məlumat vermək istəyirəm. Zərifə xanım Mayılovaya 2001-ci ilin aprel ayında BMT yanında Dünya Universiteti tərəfindən tanınmış Cuna Beynəlxalq Elmlər Akademiyasının Universitet Şurası və Universitet Direktorlar Şurası tərəfindən bütün tibbi ixtisasların tələbini ödəyən «Alternativ Təbabət Bakalavrı»  elmi dərəcəli diplomu verilmişdir. Bu diplomu bu günə qədər alanlar təbabətin yalnız bir sahəsində fəaliyyət göstərənlərdir. Lakin ilk dəfə olaraq Zərifə xanım bütün ixtisas hüquqları və imtiyazları  ilə birgə «Alternativ Təbabət Bakalavrı» diplomuna layiq görülmüşdür.
Zərifə xanım heç bir dəva-dərmana istinad etməyən, İlahi qüdrətin köməyi ilə insanlara şəfa verən möcüzə sahibidir. Bütün xəstəliklərdən əziyyət  çəkən hər bir xəstə, hətta övlad həsrətində olanlar Zərifə xanımın ocağına müraciət etməklə şəfa tapa bilərlər.
Zərifə xanımın ocağının ünvanını arzu edənlərə çatdırmaq istəyirəm. Bakı şəhəri, metro Q.Qarayev,T.Abbasov küçəsi 24, mən. 7. Tel.:23-54-26.

«Yeni müsavat»
Yazan: admin Baxış: 889 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0