GameWin

NİCAT YOLUNA AÇILAN QAPI VƏ YA RENTGEN-QADIN
NİCAT YOLUNA AÇILAN QAPI VƏ YA RENTGEN-QADIN
Müsahibimiz Azərbaycan Ziyalılar Cəmiyyətinin fəxri üzvü, xeyriyyəçi, tibb elminin bütün sahələri üzrə  Cuna adına Akademiyanın yeganə diplomçusu,  insan daxilini görmə qabiliyyətinə malik loğman, rentgenoloq,  qeyri-adi şəxsiyyət Zərifə xanım Yaqub qızı Mayılovadır.
Sirli dünyanın möcüzəli həqiqəti olan imam Museyi-Kazım (ə) şəcərəsindən olan Seyid Zərifə xanım Azərbaycanın dilbər guşəsi Kəlbəcərdə anadan olub. Körpə yaşlarında yüksək hissiyyata malik olub. İlk dəfə «9 yaşında  divarın o üzünü görən qız» sərlövhəli məqalə ilə mətbuata çıxmışdır. İlahi tərəfindən müxtəlif dövrlərdə üç dəfə letargiya yuxusuna gedib, qeyri-adi şəkildə insan daxilini görmə qabiliyyəti ilə yuxudan ayılıb. Sonra məlum olmuşdur ki, tibb elmi bütövlükdə, yəni bütün sahələri üzrə xanıma bəxş edilmişdir.
Zərifə xanım nə ekstrasensdir, nə falçıdır, nə cadugər. O, möcüzəli rentgen qabiliyyəti ilə hamını heyrətə salan fenomendir. Zərifə xanım  bir neçə dəqiqə ərzində qaranlıq otaqda, üzündə rübənd insanların daxili orqanlarını 4-5 metrlik məsafədən geyimlərini çıxarmadan görərək çox dəqiq diaqnoz qoyur. Keçici və şəkərli diabetin ağır formalarından başqa bütün xəstəlikləri müalicə edir. Sonsuzluğa son qoyur. Uzun müddət evində körpə səsi gəlməyən yüzlərlə ailəyə körpə bəxş edir.
İbtidai təhsilə malik olan bu xanım yüksək araşdırma qabiliyyəti ilə yanaşı, onun yaddaşına həkk olunmuş çoxsaylı insan fizionomiyasına  aid bilgilər vardır. Söhbət zamanı aydın oldu ki, o, hər bir xəstənin fiziki durumu ilə yanaşı, həm də maddi vəziyyətini, onun insani keyfiyyətini hiss edir. O, öz qeyri-adiliyi ilə minlərlə insana şəfa verir.
Onun «rentgen» gözləri neçə-neçə xəstənin dərdini aşkarlayıb, yüzlərlə xəstəni əməliyyatlardan xilas edib. Zərifə xanımın şəfalı əllərinin, dəqiq diaqnozunun, əlacsız xəstəliklərin müalicə yeri olmasının sorağı respublikamızın hüdudlarını keçərək dünyanın bir çox ölkəsinə yayılıb. Respublikamızda və digər ölkələrdə müalicə alıb sağalmayan xəstələrin onun əlindən şəfa taparaq bir neçə gün müalicə ilə sağalması, əlbəttə, möcüzədir.
Zərifə xanım şəfalı əlləri ilə rahatlıq bilmədən xəstələrə sağlamlıq bəxş edir.  İlahinin göstərişi ilə kimsəsiz və yoxsul ailələrə, qaçqınlara və hərbi hissələrdəki əsgərlərimizə də mənəvi və maddi yardımlar edir.
Elə bu təmənnasız və xeyirxah əməllərinə görə Zərifə xanım  Hacı Zeynalabdin Tağıyev adına xüsusi diploma layiq görülüb. Ziyalılar Cəmiyyətinin fəxri üzvü seçilib. Respublika Qayğı Cəmiyyətinin diplomunu alıb.

«Qətiyyət» qəzeti,
21.12.2001-ci il
Yazan: admin Baxış: 700 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0