GameWin

Qadın görmək bacarığına malikdir
Qaranlıqda insanın  orqanlarını və rentgen kimi bütün patologiyaları özə çıxarır. Elə gələ bilər ki, bunlar fantastika aləmindəndir. Ancaq bəziləri üçün bu – reallıqdır.
Bu  qəribə qadın bizim şəhərimizdə olur və onun adı Zərifə xanım Mayılovadır. O, Kəlbəcər rayonunda anadan olub böyümüşdür.
Zərifə xanım yeddinci imam Müsəi-Kazımdan başlayan qədim nəslinin nümayəndəsidir. Onun ulubabası Səüdi Ərabistandan Azərbaycana gəlmişdir. Qeyri-adi bacarıqlar və müalicə etmək qabiliyyatı onun nəslinin bir neçəsində var idi, məsələn: babası Səid Miskin insanları dualarla müalicə edirdi və möcüzələr yaradırdı.
9 yaşında olarkən gözlənilmədən Zərifə xanım 12 sutkaya letargiya yuxusuna düşmüşdür. Ayılmadan sonra uşaqda insanların xəstəlikləri müəyyən etmək qeyri-adi bacarıqlar qeyd olunmuşdur. Artıq bu yaşda onun qabiliyyətləri haqqında bir çox qəzetlərdə yazılmışdır. Bir neçə aydan sonra – daha 12 günlük bir yuxu, sonra isə üçüncü – 18 günə. Və ancaq bundan sonra Zərifə xanımın möcüzəli bacarıqları tam bir güc aldı və ətarfda olan insanlar daha çox aydın olmayan hadisə və möcüzələrin şahidi olurdular, hansılarla Zərifə xanım bu gün də heyrətləndirir.
Həftənin 7 günü 9-dan 17.00-dək Zərifə xanım pasientlərini qəbul edir. Qaranlıq, gün işığından tamamilə təcrid edilmiş bir otaqda demək olar ki bir neçə dəqiqə ərzində o, dəqiq diaqnoz qoyur. Sonra adətən üç seans ərzində dərmansız və müalicəvi bitkilərsiz müvafiq müalicə keçirir.
Onun zərif müalicəvi əlləri minlərlə insanların sağlamlığını qaytarıb. Mənim həkimin otağında olma müddətində (9.00 qalmış) dözülməz ağrılardan qışqıran bir qadını gətirdilər. Qadın bütün gecəni əziyyət çəkirdi (Rüstəmova Gülnara, tel. 74-51-09). Onu ağır xəstə olduğuna görə növbədən kanar Zərifə xanımın yanına buraxdılar. Demək olar ki 2-3 dəqiqəyə pasient sakitləşdi. Daha bir neçə dəqiqədən sonra o, tamamilə sakitləşmiş şəfaverici qadının otağından çıxdı və digər otağa üz tutdu, harada ki çox tez zamanda yuxuya getdi. Zərifə xanım izah etdiyi kimi, ağrı tutmaları öd kanalına konkrimentlərin düşməsi nəticəsində törənirdi. 
Mən ağır gecədən sonra yatmış xəstəyə baxır, və fikirləşirdim ki, Zərifə xanım doğrudan da möcüzələr yaradır...
Qəbul otağın divarında Zərifə xanım müalicə edən xəstəliklərin siyahısı asılıb – cəmi 54. Xərçəngin başlanğıc forması, bədən və başda olan bəd şişlər, mədə və on iki bağırsağın xorası, limfa vəzilərin şişləri, boğaz uru, dəri xəstəlikləri, qaymorit, cigər xəstəliyi, allergiya, böyrək və duz, böyrəkdə daş, kista, fibroma, qanda olan dəyişiklər, ürək-damar xəstəlikləri, damarların varikoz genişlənməsi, revmatizm, sonsuzluğun müayinə və müalicəsi, ən xırda qandamarların boruların patologiyası, dazlaşma, erkən yaşda tükün tökülməsi, göz zəifliyi, orqanların yerini dəyişilməsi, hallyusinasiya və s. 
Maraqlıdır ki, orta məktəbin 3-cü sinifə qədər təhsilini alıb, lakin tibb və ya başqa təhsil almayıb, Zərifə xanım Mayılova dünyanın bir çox ölkələrində hörmət qazanıb. O, insanın anatomiyasını və fiziologiyasını əzbər bilir. Baxmayaraq ki, o, çox kitab oxumayıb və elm öyrənmək məqsədilə alimlərlə ünsiyyətdə olmayıb, ilk tanışlıqda belə bir fikir yaranır ki, Zərifə xanım dünya alimliyin və tibb elmin ən məşhur şəxslərdən biridir.
Amerika, Almaniya, Türkiyə və Rumıniyada bəzi tibb komissiyalar tərəfindən Zərifə xanımın qeyri-adi bacarıqlar təsdiq olunub. 1998 ildə Zərifə xanım Mayılova Almaniyada idi. Zərifə xanımın möcüzəvi fenomenin şahidləri olmuş buradakı həkimlər onu "Frau-rentgen” alandırdılar. Bu ad 1895 ildə alman fizik  V.K.Rentgen tərəfindən kəşf edilmiş qısadalğalı elektromaqnit şüaları ilə assosiasiya olunur. Rentgen şüalarının təbiəti və əlamətləri ilə müasir elmdə tədqiq olunub. X-şüalar yüksək keçici bacarığa malikdir və buna görə onlar müasir tibb elmində geniş istifadə olunur, məsələn, insanın daxili orqanlarının vəziyyətini öyrənmək üçün. Zərifə xanımın bacarıqları bu şüaların təsiri ilə eynidir. 
Almanirada ona çox sərfəli şərtlərlə səviyyəli klinikalarda iş təklif etdilər, harada ki o, öz möcüzəli imkanlardan xəstələrin müalicəsində istifadə edə bilərdi. Alman alimləri ümid edirdilər ki Zərifə xanımın bacarıqlarından istifadə edib tibb elmin bəzi "ağ ləkələr”i aydınlaşdıra bilib və bu cür yeni tibb ensiklopediya tərtib edə bilərdilər. Lakin, Zərifə xanımın sözlərinə görə, "Allah, ona müalicəvi bacarıqları bəxş etmiş, onları tətbiq etmə yeyini də göstərib – Azərbaycan”.
1999 ildə Azərbaycanın Səhiyyə Nazirliyi Zərifə Mayılovaya pasientləri qəbul etmək, diaqnoz qoymaq və müalicə etmək üçün hüquq lisenziyasını təslim edib.
2000 ildə BMT nəznində Dünya Universiteti ilə birlikdə yaradılmış "Cuna” Alternativ elmlərin Beynalxalq Akademiyası Zərifə xanıma "Tibb elmin bütün sahələrində alternativ tibb elmlərin bakalavr” dərəcəsini verib. 
Zərifə xanımın çoxsaylı fərman və tərif vərəqələri var. 
Kömək üçün Zərifə xanıma müraciət edən və qısa zamanda müalicəni almış minlərlə xəstələr onun İlahi fenomeninin ən gözəl sübutudur. Biz Zərifə xanımda saxlamlıqla bağlı öz problemlərini həll edən və bizim qəzetimizdə bunun haqqında məlumat vermək istəyən bəzi pasientlərin rəylərini dərc edirik. 

Makrousova Larisa Vasilyevna, 42 yaş.
"Budte zdorovı” (sağlam olun), 18 may 2002 il.
Yazan: admin Baxış: 947 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0