GameWin

Sabir Qafarov
Sabir Qafarov, 64 yaş: 
 Zərifə xanım haqqında mən radioda elandan eşitmişdim. Buna qədər həkimləri gəzirdim: onlar dəqiq diaqnozu qoya bilmirdilər, deyirdilər ki, belə ciddi bir şey yoxdur. Mənim bədənimin sol tərəfi tutulmuşdur, yuxusuzluq və başgicələnmədən əziyyət çəkirdim, çətinliklə hərəkət edirdim. Zərifə xanım dedi ki, böyrəkdə olan daşlar və ayaqlarımda olan duzdan məndə heç bir şey yoxdur. O, ciynimi massaj etdi, bir neçə dəfə yumruqla belimdən vurdu. Zərifə xanım dedi ki, bir aydan sonra mən sağlam adam olacağam.. müalicənin qiymətindən heçnə demədi. əgər ona mane olmasalar, o çoxlarına kömək edə bilərdi”.
- Siz xəstələrlə necə işləyirsiniz?
- Ancaq müəyyən vaxtda, bütün hisslər kəskinləşəndə, qəbul edirəm. Mən pasientə xəstəliyin səbəbini başa salıram, diaqnoz qoyuram və xəbər verirəm ki, müalicə edəcəyəm onu yoxsa yox.  əgər xəstə məni aldatmağa çalı.ır, mən onu artıq heç vaxt qəbul etməcəyəm. Mən hiss edirəm, insan yanıma "təmiz” yoxsa yox gəlir. O, qəlbən təmiz olmalıdır – ğz qarşısında və Allahın qarşısında. Siz, "Ejednevnıe novosti” qəzetinin müxbirləri gələndə, mən o dəqiqə sizi qəbul elədim. Mən bilirdim ki, siz təmizsiniz.
- Siz mətbuatla həvəslə görüşürsünüzmü?
- Xeyr. Məsələ ondadır ki, axırıncı dəfə yanıma yerli qəstinin iki müxbir gəlmişdir və hörmətli adamın, axundun yanında səbəbsiz  mənim xətrimə deyiblər. bundan sonra mən qəzetdən heç kimi ilə görüşmək istəmirəm.
- Zərifə xanım, Siz müalicə etdiyiniz adamların sayı kifayət qədər çoxdur. Bəs hansıları götürmürsünüz?
- Adətən deyirəm: "Mən bunu edə biləcəyəm”. Xərçəngin ağır formaları olan, şəkər xəstələrə mən, çox vaxtı, yox deyirəm. Orada artıq nə isə etməyə gecdir.
Heç vaxt hamilə qadınları müalicə etmirəm, çünki bu  hələ doğulmamış uşağda əks oluna bilər. lakin gələcək balanın cinsini deyə bilərəm. Yeri gəlmişkən, qadınların stasionarda müayinə keçməkdən sonra mənim diaqnozum həkimin diaqnozuna həmişə təsdiq olurdu.həkimlərin çoxu deyirlər ki, onlar mənim görmə verginin qabağında acizdirlər, biri isə hətta öz pasientlərinə "az dərman qəbul etmək və Zərifə xanıma müraciət etməyə məsləhət gördü”.
- deyin, zəhmət olmasa, Siz milliyətdən asılı olmadan hamısını müalicə edirsiniz?
- Bəli, əlbəttə. Allah hamı öçön birdir. Kim ki mənə inanmır, mən hələ müalicə edə bilərəm, lakin Allaha inanmayanları – heç zaman.  
- Zərifə xanım Siz xəstəliyi görmək  bacarığına maliksiniz, bəs müalicənin özü necə olur?
- Bunu izah etmək çətindir, demək olar ki, mümkün deyil. Mən yox, məni istiqamətləndirən müalicə edir. Mənim Türkiyəyə son gedişimdən sonra rəsmi şəxslər mənə qalmağa, xəsətələri qəbul etmək üçün klinika təklif etdilər, lakin mən imtina etdim. Mən öz vətənimin vətənpərvəriyəm. Yaxınlarda televiziyada veriliş olacaq, harada ki mənim xəstələrim çıxış edib, müalicə və indiki öz vəziyyəti  haqqında danışacaqlar. Mən studiyada olmağımdan imtina etdim, çünki bu mənim vergimdə öz təsirini göstərə bilər.
- Müalicə seansa görə xəstələr nə qədər verirlər?
- Müəyyən ödəniş yoxdur. Kim nə qədər bacarır. Bahalı hədiyyələri insanlardan qəbul etmirəm.
1995 il aprelin 13-də Zərifə xanım respublikanın pensionerləri üçün 300 000 manatlıq ərzaq vermişdir. Kəlbəcər rayonundan olan qaçqınlar və əsirlər üçün bu yaxınlarda 1.200.000 manat keçirilmişdir.
"Mənim doğma Kəlbəcərim işqal olunub, nəyə gücüm çatır, sakinlərinə kömək etmərə çalışıram”.
1995 il mayın 24-dü
 Nəşr və məlumat Nazirliyi ona Tağıyev adına "Xeyirxahlıq və köməyə görə” Diplom təltif etdi.
Onun Gəncədən gedişindən sonra orada özlərini Zərifə adlandıran məskan salıb "müalicə edirlər” beş "sehrbaz-qadın”.
Məşhur müğənni Elxan Gəncəli ona öz yeni mahnılarının "möcüzələrindən möcüzə - Zərifə” albomunu ithaf etdi. Ona görə onun səsi bərpa olunmuşdur...
Yazan: admin Baxış: 627 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0