GameWin

"Azərbaycan Dünyası" jurnalında dərc olunmuş məqalə
   İnsanlara sevgi ilə, açıq ürəklə. Oxucularımızı maraqlı və qeyri-adi insan olmaqla yanaşı, gözəl bir qadınla tanış etmək istəyirik. Onun adı yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bir çox insanlara məlumdur. Bizim tanışımız Zərifə xanım hal-hazırda Bakıda yaşayır və işləyir. Yaşadığı gərgin həyat tərzinə və gərgin iş rejiminə baxmayaraq Zərifə xanım Mayılova jurnalımızda "Tanınmamış dünya” rubrikasını aparmağa razılıq verdi.

ABŞ, Rusiya, Azərbaycan və dünyanın bir çox ölkələrinin alimləri bu halı "Zərifə fenomeni” kimi qeyd edirlər. İstedad nədir? Bu ilahi vergidir! Hər kəs şer yaza bilər, amma əsl şair yaratdığı əsərlər sayəsində əsrlər boyunca yaşayır. Qeyri-ənənəvi təbabətlə məşğul olan şəfavericilər də çoxdur, amma insana baxan kimi onun xəstəliyinin yaranma səbəbini tapan və yalnız onlara məlum olan üsullarla xəstəliyin kökünü insanın bədənindən çıxarıb sökən adama nadir hallarda rast gələrik. Bu vergi İlahi Enerji saçan əllə müalicədir. Bizim dövrümüzdə onların sayı çox azdır. Onlardan biri də Zərifə Yaqub qızı Mailovadır.

Öz tarixini yaradan bu gözəl qadın Bakıda yaşayaraq insanları müalicə edir. O, Azərbaycanın Kəlbəcər rayonunun Kilsə kəndində doğulub və böyüyüb başa çatıb. Zərifə xanım qədim nəslin nümayəndəsidir. Zərifə xanımın əcdadları Azərbaycana Səudiyyə Ərəbistandan gəlib. İnsanları müalicə etmək kimi qeyri-adi bacarıq onun nəslinin bir neçə nümayəndəsindəsində də var idi və ilk növbədə bu insanları duaları ilə müalicə edən Zərifə Xanımın babası Seyid Miskinə aid edilir.

O, Zərifənin dünyaya gəlməsini, onun nəsillərinin məşhur nümayəndəsi olacağını və nəsillərinin bütün dünyada İlahi vergi sayəsində məşhurlaşacağını qabaqcadan görüb və bildirib. Bu alicənab qadında qabaqcadan görmə və loğmanlıq qabiliyyətinin yaranmasına səbəb nə olmuşdur? Zərifə xanımın özünün danışdığı kimi bu qabiliyyəti o özündə hələ uşaqlıqdan kəşf edib. O letargiya yuxusuna gedib və oyandıqdan sonra özündə insanları müalicə etmə qabiliyyəti aşkar edib.

Amma onları necə tətbiq etmək, İlahi vergini insanların xeyrinə necə istifadə etmək lazım olduğunu Zərifə xanım bilmirdi. Sonrakı illərdə o bir neçə dəfə də letargiya yuxusuna gedib və bu onun qeyri-adi bacarığını bir az da artırdı. 1993-cü ildə o dördüncü dəfə letargiya yuxusuna getdi və oyandıqdan sonra özündə daha da qeyri-adi, demək olar ki, unikal bacarıqlar aşkar etdi: o bütün incəliklərinə qədər insanın daxili orqanlarını görməyə, xəstəlikləri müəyyən etməyə və qısa müddətdə (3-4 gün) ona verilən transenerji ilə insanları müalicə etməyə başladı. Bir çox xəstəliklər: xərçəngin ilkin mərhələsi, bədən və başda olan bədxassəli şişlər, mədə və 12 barmaq bağırsaq xorası, zob, dəri xəstəlikləri, qaraciyər və böyrək xəstəlikləri, qanda dəyişiklikləri, revmatizm, sonsuzluğun müəyyən edilməsi və müalicəsi və digərlərini onun möcüzəli əllərinin təsiri ilə müalicə etmək olar.

Zərifə xanım milliyyətindən və dinindən asılı olmayaraq hamını müalicə edir. "Allah hamı üçün birdir – mənim bacarığımı inanmayanları hardasa müalicə edə bilərəm, amma Allaha inanmayanları – heç vaxt”. Ateistlər iddia edirlər ki, kainat maddi məvhumdur, zaman və məkanda sonsuzdur, təbiətin şahı olan İnsanın mənəvi mahiyyəti isə onun baş beyninin neytron strukturunda cəmləşib. Dünyanın və bəşər övladının ilahi mənşəyinə inanan insanlar isə bizi əhatə edən təbii, sosial, mədəni və buna bənzər digər fenomenlərin əsasında hamı üçün Vahid olan Yaradanın iradəsinin olduğundan əmindirlər. Dünyaya qarşı bu cür idealistik münasibətin əsas səbəbi insanın Vahid Allaha inamı durur.

İnancın heç bir arqumentə ehtiyacı yoxdur, o ya var, ya da yoxdur. İnsan zəifdir və Yaradan da dünyanın materialistik anlayışı nöqteyi-nəzərindən izah edilə bilməyən möcüzələri ona bəxş edərək öz mərhəməti ilə onun inancını möhkəmləndirir. Allahın mövcudluğunu təsdiq edən, Vahid Yaradana olan inancı möhkəmləndirən və onun mərhəmətini bizə yönləndirən məhz bu cür möcüzələr siyahısına Zərifə xanım Mailova fenomeni aiddir. Yaradanın İlahi iradəsini anlamaq və başa salmağın mümkün olmadığı kimi Zərifə xanımın hansı yolla müalicə etdiyini və diaqnoz qoyduğunu anlamaq asan deyil. Bu anlayış bəşəriyyət imkanlarının xaricindədir.

Və Zərifə xanımdan necə müalicə etdiyini soruşduqda, "bunu izah etmək çətindir, demək olar ki, mümkün deyil” deyir. Mən deyil, məni yönləndirən müalicə edir. Zərifə xanım fenomeni şübhəsiz ki, İlahi təbiətə malikdir və buna görə də yalnız Yaradanın istəyi ilə onu başa düşmək olar. Zərifə xanım üçün, ona göylərin bəxş etdiyi missiyanı yerinə yetirmək hər şeydən vacibdir. Bu gözəl qadının tibbi və ya hər-hansı bir digər ali təhsil ocaqlarında oxumadığına, yalnız ibtidai təhsil aldığına baxmayaraq insan anatomiyası və fiziologiyasını əzbər bilməsi fenomenaldır. O xüsusi ədəbiyyatlar oxumayıb və elm öyrənmək məqsədi ilə alimlərlə ünsiyyətdə olmayıb, amma onunla elə ilk tanışlıqdan onun haqqında gözəl təəssüratlar yaranır və insanda Zərifə xanımın dünya təbabətinin məşhur şəxsiyyətlərindən biri olduğu kimi təəssürat yaranır.

Zərifə xanım artıq bir neçə ildir ki, yeni tibbi avadanlıqların qoyduğu dəqiq diaqnozlardan geri qalmayaraq, qaranlıqda rentgen kimi insanın daxili orqanlarını görür. Həmvətənlərinin xeyri üçün öz bacarıqlarından istifadə etməyə imkan tapmayaraq, Zərifə xanım 1998-ci ildə xaricə getməyə məcbur oldu. Almaniyada, müvəffəqiyyətlə iki imtahan verdikdən sonra, o xəstələri qəbul və müalicə etməyə icazə aldı. Ona xəstələrin müalicəsi üçün öz qeyri-adi imkanlarını istifadə edə biləcəyi nüfuzlu klinikalarda əlverişli şərtlərlə iş təklif edilib. Möcüzəli Zərifə xanım fenomeninin şahidi olan yerli həkimlər də onu "Fraurentgen” adlandırıblar.

Bu tərif 1895-ci ildə yüksək keçiricilik imkanlara malik olan qısadalğalı elektromaqnit şüalanmanı kəşf edən alman fiziki V.Rentgenlə assosiasiya yaradıb. X-şüalar müasir təbabətdə, xüsusilə, insanın daxili orqanlarının vəziyyətini öyrənən zaman geniş tətbiq edilib. Zərifə xanımın bacarığı bu şüaların təsirinə bərabərdir. Alman alimləri Zərifə xanımın bacarığından istifadə edərək təbabətin bəzi "ağ ləkələrini” müəyyən etməyə və beləliklə, yeni Tibbi Terminlər Ensiklopediyasını tərtib etməyə ümid edirdilər. Ona ABŞ, Polşa, Rusiya, Türkiyə, AFR… yüzlərlə məqalələr həsr edilib. O, Münxenin, Berlinin, Parisin, İstanbulun, Nyu-Yorkun… müxtəlif klinikalarından təkliflər alır. Amma Zərifə xanım özü deyir ki, "Ona şəfaverici bacarığı bəxş edən Allah ona bu bacarıqları öz Vətənində - Azərbaycanda tətbiq etməsini işarə verib”.

Kömək üçün ona müraciət edən və qısa müddət ərzində sağalan minlərlə xəstə onun İlahi vergisinin bariz nümunəsidir. Öz sağlamlıq problemlərini həll edən bəzi mütəxəssis və pasiyentlərin rəyləri aşağıda göstərilib. M.Qurbanov, Bakı ş.: "Birincisi, Zərifə xanım qeyri-adi diaqnoz qoyandır. Belə bir təəssürat yaranır ki, onun rentgen baxışları üçün heç bir maneə ola bilməz və o, orqanizmi tam şəkildə görür, dərin biliyə malikdir və onun diferensial kliniki diaqnostikası adamı heyrətə gətirir.

İkincisi, Zərifə xanım fenomenal müalicəvi xüsusiyyətlərə malikdir ki, mən bunu öz üzərimdə hiss etdim və öz bəlaları haqqında mənə danışan xəstələrin sözlərinin düzgünlüyündən şəxsən əmin oldum... Tibb cəmiyyəti öz sağlamlıqlarına qovuşan minlərlə insanların minnətdar olduğu bu fenomenin qeyri-adi diaqnostika və müalicəvi xüsusiyyətlərini qiymətləndirmək üçün özündə güc tapmalıdır”. R.Çobanov, t.e.d., professor: "Şəxsi həyatında baş verən stresli hadisədən və avtomobil qəzasından sonra 21 il ərzində mən depressiya vəziyyətində olmuşam. 2 dəfə özümə qəsd etmək istəmişəm. 21 il demək olar ki, evdən çıxmamışam. Zərifə xanım elə ilk dəfə mənə baş çəkdikdən sonra mənim davranışımda güclü dəyişikliklər baş verib. İkinci dəfə mənə baş çəkdikdə mən evdən çıxmağa başladım.

Əlbəttə ki, müalicənin başa çatmasına hələ çox var, amma Zərifə xanım əmindir ki, mənimlə hər şey yaxşı olacaq. Mən ona inanıram”. M.Qurbanova, Bakı ş.: "Mən Qurbanova Mehrinin anası Zərifə xanıma qızımı müalicə etdiyi üçün öz minnətdarlığımı bildirirəm. Biz uroloji uşaq xəstəxanasında iki kurs keçdik. Ekstrasens Şahbazovanın da yanında müalicə olunmuşuq. İynə terapiyası və biotiklər aldığımıza baxmayaraq, heç nəyin xeyri olmadı. Və yalnız indi 3 gün ərzində illərlə nail ola bilmədiyimizə nail olduq”. Fəqan Əliyev, doktor, professor, Rusiya Dövlət İnşaat və Memarlıq Akademiyasının üzvü, Beynəlxalq Ekoenerji Akademiyasının prezidenti. ... Tibbin sərəncamında bütün zəruri avadanlıqların olmasına baxmayaraq, biz dəfələrlə insanların düzgün qoyulmamış diaqnoz nəticəsində sağalmadıqlarının şahidi olmuşuq. Fitri istedad və rentgen kimi gözlər sayəsində Zərifə xanım minlərlə insana sevinc, sağlamlıq və xoşbəxtlik bəxş edərək, tamamilə bu məsələnin öhdəsindən gəlir.

Şübhəsiz ki, insanların müayinə və müalicəsi ona öz sağlamlığı bahasına başa gəlir. Mən əminəm ki, zəhmətsevər azərbaycanlı qadını Zərifə xanım öz fitri qabiliyyəti ilə insanları valeh edərək, bütün dünyada ad və öz vətənində xalq və dövlətin hörmətini qazanacaqdır. Özünüzdə ilahi başlanğıcı sevin, özünüzü sevin, öz yaxınlarınız sevin, yalnız yaxşılıq edin! Əgər xəstəlikdən qurtula bilmirsinizsə, ənənəvi tibb müsbət nəticə vermirsə, o zaman Zərifə xanımın yanına gəlin! O, mütləq sizin xəstəliklərinizin həqiqi səbəbini görəcək və mütləq sizə kömək edəcəkdir! Vadim İlyasov "Mən – rezonansa düşən dalğayam” Mən Beynəlxalq "Azərbaycan Dünyası” jurnalında rubrika aparmaq təklifinizə çox şad oldum. Düşünürəm ki, jurnal uzun ömürlü olacaqdır və ümid edirəm ki, mənim "Tanınmamış dünya” rubrikasındakı dərclərim oxucular üçün maraqlı olacaq. İcazə verin "Azərbaycan dünyası” nəşri vasitəsilə planetimizin xalqlar günündə bütün kollektivə qarşılıqlı anlaşma, sülh və əmin-amanlıq arzulayım.
Yazan: admin Baxış: 1 127 Kateqoriya: Məqalələr Şərh: 0
Şərhlər: 0