GameWin

"İRS - Dəyərlər toplusu" №1 jurnalında dərc olunmuş məqalə
 
RENTGEN MÖCÜZƏSİ” VƏ YAXUD ZƏRİFƏ FENOMENİ

Şükür Allaha, hər gün bir yeni söz, təzə xəbər eşitməyə alışmışıq. Əsrin sonunda, "naməlumluqlar axını” bizi o qədər əhatə edib ki, daha görüb eşitdiklərimizə də biganə yanaşırıq. Amma bəzən bu biganəliklər içində bizi heyrətimizə kökləyən xəbərlərə etinasız yanaşmaq olmur.

Beləliklə, qabiliyyətilə rentgen aparatmı kölgədə qoyan Zərifə Mayılova. Qeyri-adi qabiliyyətli insanlar həmişə olub və həmişə də onları ikili münasibət müşayiət edib. Bu, ola bilsin ki, o insanların qabiliyyətlərinin izahının mümkün olmaması ilə bağlıdır.

Zərifə xanım da bu mənada istisna deyil. Onu fenomen edən bacarığı isə bundan ibarətdir. Heç bir vəsaiti olmadan, cemi bir necə dəqiqə ərzində diaqnoz qoyur və müalicəyə başlayır. 54 adda xəstəliyi müalicə edir. Bu gün «Frau-rentgen», «Rentgen-qadın» adlandırılan Zərifə Mayılovanın bu bacarığının sirri nədədir?

Həfe ki, bu sual cavabsızdır. Maraqlı burasıdır ki, onun qəbuluna gələn xəstələrinin əksəriyyəti lekimdir. XVI əsrdən qorunub saxlanılan şəcərə sənədi Zərifə xanımın VII imam Museyi-Kazımın (ə) nəslindən olduğunu göstərir. Uğurlarını, bacarığını Allahın adı ilə bağlayan Zərifə xanım beynəlxalq sertifikat almaq üçün növbəti "imtahan”a hazırlaşır. Amma o, minlərlə xəstənin imtahanından çoxdan çıxmışdır.
Yazan: admin Baxış: 1 020 Kateqoriya: Məqalələr Şərh: 0
Şərhlər: 0