GameWin

"Hesabat" jurnalında dərc olunmuş məqalə
"Zəmanəmizin möcüzəsi "Rentgen qadın” – Akademik Zərifə xanım
Larisa Vasilyevanı 1994-cü ildə maşın vurur. Maşın onu sol tərəfindən vuraraq kapotun üstünə atır. Zərbə o qədər güclü olur ki, Larisa başı ilə maşının qabaq şüşəsini sındırır və belə vəziyyətdə sürücü onu iyirmi beş metrlik məsafə boyu aparır və yalnız bundan sonra qadın yerə aşır.
Aldığı xəsarətlər çox agır olur – beyni silkələnir, burun və çənənin üst hissəsi, sol ombanın əzələləri sınır. O, xəstəxanaya yatırılır. İki yerdə sümükləri sınmış sol ayağı aylarla qipsdə qaldığından dəri çürüməyə başlayır. Beləliklə də müalicələr gözlənilən nəticəni vermir və qadının vəziyyəti pisləşir.

Təsadüfən rentgen qadın kimi tanınan Zərifə Mayılova haqqında eşidir və dərhal qəbuluna yazılır. Bir neçə kurs müəlicə alır. Qadının heyranlığının həddi-hüdudu olmur. İnanılmaz şey baş verir – ayağının çürüməkdə olan əti sağalır, ayağı isə düz beş santimetr uzanır. Özünün tədricən sağalmasından başqa, orada gördükləri ömürlük yadında qalır – gəzə bilməyən balaca qız uşağı gəzməyə başlayır, böyrəyində daş olan xəstənin daşları düşür, illərcə övlad üzünə həsrət qalan qadından rentgen qadının müalicəsindən sonra ana oldu.
Siyahı uzundur. Heyranlığı gizlədə bilməyən şahidlərin sayı isə çox. Əli hər yerdən üzülənlər rentgen qadın kimi tanınmış Zərifə Mayılovanın qapısına üz tuturlar.
Bu il birinci sinifə gedən 400 uşaq onun müalicəsindən sonra dünyaya gələnlərdir. Onun şəxsi arxivində isə xəstəlik və şəfa tarixçəsini özü danışanlarla bağlı azı yüz kaset və disk saxlanılır. Son qırx ildə 500 mindən çox xəstəyə şəfa verib.

Beləliklə də qapqaranlıq otaq, göz-gözü gürmür. Zərifə Mayılovanın ilk müayinəsi belə başlayır. Xəstəyə zil qaranlıq otaqda bir neçə dəqiqə baxır və yalnız bundan sonra diaqnoz qoyulur.
Müalicə başlanır. Xəstə şəfasını tapır və nə baş verdiyini hələ də anlamır. Şok və heyranlıq hissi. Bildiyini və gördüyünü başqalarına danışır. Bununla da rentgen qadında şəfa istəyənlərin ardı-arası kəsilmir.
Zərifə Mayılovanın ocağında şəfa tapan minlərlə xəstədən birinin tarixçəsi: 1996-cı ildə ultrasəs müayinəsindən sonra mənə deyirlər ki, sol böyrəyin işləmir, çürüyüb təcili əməliyyat lazımdır. Qadın Moskvaya gedir, orada deyirlər ki, sol böyrək yoxdur, yerində kista əmələ gəlib.
Hər yerdən əli üzülən xəstə Zərifə Mayılovanın qəbuluna düşür.
"Xəstəxanada mənə deyildiyinin əksi olaraq Zərifə xanım bildirdi ki, sənin böyrəklərinin ikisi də işləyir, ancaq soyuqdəymə və duz var. Kista sol tərəfində qabırğanın altında boşluqda suluq əmələ gətirib. Zərifə xanım üç seansa o suluğu yox etdi. Məni əməliyyatdan onun ilahi vergisi xilas etdi”.

On iki gecənin möcüzəsi
Zərifə Yaqub qızı Mayılova Kəlbəcər rayonun Kilsə kəndində anadan olub. 9 yaşında keçirdiyi letargiya yuxusundan sonra şəfavermə qabiliyyətlərinə malik olduğu aşkarlanıb. Sonrakı illərdə də iki dəfə 12 günlük oxşar yuxuya dalıb. Sonuncu – dördüncü dəfə letargiya yuxusuna dalıb, lakin bu yuxu düz on səkkiz gün davam edib. Yuxudan qeyri-adi bacarıqlarla oyanıb, insan daxilini incəliklərinə qədər görməklə xəstəliyi təyin edib alternativsiz diaqnozqoyma və qısa vaxtda müalicəyə qadir transenerjiyə sahibdir.
Çox keçmir ki, Zərifə Mayılovanın şəfavermə qabiliyyəti ölkəyə və onun hüdudlarından kənara yayılır. 2000-ci ildə onun unikal qabiliyyəti Moskvada BMT tərəfindən tanınmış D.Cunanın Alternativ Beynəlxalq Elmlər Akademiyasında yoxlanılır. Sınağın sonunda ona ekstremal qaydada alternativ təbabətin bütün sahələrini əhatələyən diplom təqdim edilir.
2005-ci ildə Azərbaycan Səhiyyə Nazirliyin müvafiq komissiyasının rəyi ilə Zərifə Mayılovaya qeyri-ənənəvi tibbi fəaliyyət üçün lisenziya təqdim olunur. Rentgen qadın şəhadətnaməsi isə bütün bunlardan öncə, 1999-cu ilin fevralında Ədliyyə Nazirliyi tərəfindən rəsmən təqdim olunmuşdur. Bu illər ərzində Zərifə Mayılovaya saysız diplom və mükafatlar təqdim olunub. Ona təqdim olunmuş mükafatlardan Nyu-York Elmlər Akademiyasının Təqdimatı, "Dədə Qorqud Milli Mükafatı” və qızıl ordeni, Beynalxalq Linqvistik Elmi Araşdırmalar Mərkəzinin diplomu, Beynəlxalq Ekoenergetik Akademiyasının akademik diplomu və rentgen qadın möcüzəsinin həqiqiliyini təsdiqləyən yüzlərlə nüfuzlu təşkilatın sənəd və sertifikatlarının adı və sayı sadalandıqca sadalanır.

İmamdan gələn imam
Zərifə Mayılova Xorasanda yaşamış altıncı imam Cəfari Sadiq, yeddinci imam Museyi-Kazımın törəmələrindəndir. Həmin dövr İslam dininin çiçəklənmə dövrü idi və İslamı yaymaq, onun əsasını möhkəmləndirmək məqsədilə onlar İran, Hindistan, Türküstanda yurd-yuva salmışdılar. Həmin dövrdən başlayaraq Zərifə Mayılovanın iyirmiyə qədər ulu babası Murovdağın ətəklərində yaşayıblar. Zərifə Mayılova hələlik sonuncu varis kimi babalarından yadigar qalmış qədim şərəcə dəftərinin əlyazmasını göz bəbəyi kimi qoruyur. Şəcərədə Zərifə Mayılovanın ulu babalarından, möcüzələr sahibi və qeyri-adi onlardan iyirmiliyə yaxın seyidin adı çəkilir.

Azərbaycanlı rentgen qadın xaricdə
O, dünyanın müxtəlif ölkələrində xəstələr qəbul edib. İmam Rza nəslinin nümayəndəsi kimi Məşhəddən orada işləmək təklifi alsa da razılaşmayıb.
"Vətənimi hər yerdən üstün bilirəm. Ölkəmiz üçün çətin dövrlərdə xalqıma kömək edə bilmişəmsə, demək mən də haradasa, nə iləsə xalqıma xidmət etmiş oluram”.
Rumuniyada yaşayan bir sənayeçi Zərifə Mayılovanın əli ilə şəfa tapandan sonra öz fabrikində istehsal etdiyi məhsullardan birini onun şəfərinə "Zərifə” adlandırıb.
Almaniyada isə ona ilk vaxtlar tərəddüdlə on beş dəqiqənin içində möcüzə göstərib. Skeptik almanların diqqətini çəkmək asan olmayıb. Yeddi ay ərzində iki çətin imtahan verməli olub. Yalnız iki aydan sonra sərbəst şəkildə işi ilə məşgul olmağa imkan veriblər. Almanlar ona Frau Rentgen deyirlər. Çalışacağı şirkət də belə adlanırmış.

Sonralar isə azərbaycanlı fenomen qadının praktik möcüzəsinin tanındığı xarici ölkələrin sırası genişlənir; ABŞ-ın bir neçə ştatı, Rumuniya, Hollandiya, Türkiyə, İran, Ərəb Əmirlikləri və bir çox başqa ölkələrdə müalicələr apararaq müxtəlif xəstələri sağaldıb.
"Təkcə onu bilirəm ki, dünyanın harasında olsam, Azərbaycana can atıram”.

Müalicənin uğurla nəticələnməsi üçün xəstələrindən onun tək tələbi İslam dininin tələblərinə əməl etməkdir:
* Xəstələr qəbula pak və təmiz gəlməlidilər;
* Xəstənin üzərində geyimdən başqa heç nə (dua, qızıl əşya, bəzək şeyləri) olmamalıdır;
* Hər ailədən gün ərzində bir xəstə qəbul edilir;
* Sonsuzluğun müayinəsi üçün ər-arvad birlikdə qəbul edilir;
* Yoluxucu xəstələr, əməliyyata məruz qalanlar, hamilə qadınlar, qarnında yırtığı, oynaqlarda duzu olanlara müalicə qəbul edilmir;
* Müalicə zamanı dərmanlardan istifadə (kolbasa, spirtli içkilər içmək) qadağandır.

Rentgen qadın əlliyə yaxın xəstəliyi preparatsız müalicə edə bilir:
» Brusellyoz;
» Allergiya;
» Damar genişləməsi;
» Ürək ağrıları;
» Revmatizm;
» Böyrək ağrıları və duzları;
» Qarın boşluğu ağrıları;
» Faringit;
» Uşaqlarda qıcolma;
» Lipomalar;
» Hipertoniya;
» Evlilikdən əvvəlki 23 il ərzində sonsuzluq;
» Bədən şişləri;
» Başdakı şişlər;
» Uşaqlıqda və uşaqlıq borusunda xəstəlik;
» Kistalar;
» Fibromalar;
» Eroziyalar;
» Əzələlərin tonusdan düşməsi;
» Limfa düyünlərində şişlər;
» Dəri xəstəlikləri;
» Ziyillər;
» Üzdəki sızanaq və ləkələr;
» Mədə və onikibarmaq bağırsaqdakı yaralar;
» Qanda dəyişikliklər;
» Beyin kapilyarlarının patologiyaları;
» Diş ağrıları;
» Saçın tökülməsinin dayandırılması;
» Qaraciyər xəstəlikləri;
» Qaraciyər exinokoku;
» Öd kisəsi ləmbəsi;
» Baş dumanlanmalar;
» Qarabasmalar;
» Qorxudan dili tutulanlar;
» Bədnəzərlər;
» Ürək çatışmazlıqları;
» Sidiyi saxlamamaq;
» Xərçəngin başlanğıc forması;
» Qadınlarda döş şişləri;
» Qırıq-çıxıqların təyini;
» Sonsuzluğun kişi və qadından olmasının təyini;
» Öd kisəsi daşlarının salınması.
Yazan: admin Baxış: 606 Kateqoriya: Məqalələr Şərh: 0
Şərhlər: 0