GameWin

Həqiqət Kərimova - "NURDA GÖRDÜYÜMÜ SÖYLƏYƏMMƏRƏM" şeiri
Nurda gördüyümü söyləyəmmərəm
Sənin məsləkindir nurlu bir aləm,
"Rüsxət”in buyrulur sirr aləmindən.
Deyirsən kaş sirdaş olaydın mənə,
Sən nur zərrəsisən, mən əhli qədəm.

Bərabər deyilik bir-birimizə,
Gecə bərabərmi söylə gündüzə?
Sevgi toxumunu görən kim səpib?
Qüssəsi bir olan ürəyimizə.

Bu da qüdrətdənmi-deyə bilmərəm?!
Qüdrəti qələmlə vəsf edəmmərəm.
Həlim baxışından gizli süzülən,
Nurda gördüyümü söyləyəmmərəm.

Həqiqət Kərimova
Yazan: admin Baxış: 730 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0