GameWin

N.İ.Alıyeva - "Xalqın möcüzə qızı" şeiri
Məni düşdüyüm psixoloji sarsıntıdan xilas etdiyiniz üçün qəlbimin sözlərindən qiymətli hədiyyəm yoxdur!

Xalqın möcüzə qızı
Adın Zərifədir, əməlin Zərif,
Allahdan verilib sənə bu tərif.
Əllərin şəfalı, diləyin zərif,
Xalqın möcüzəli, inamlı qızı.

Sənin o şəfalı əlinə qurban,
Xalqa inam verən dilinə qurban.
Koroğlu qeyrətli elinə qurban,
Xalqın möcüzəli, inamlı qızı.

Sənə ad vermişəm, inam Zərifə,
Hamıya yaratdın, inam Zərifə.
Hamı sənə deyir anam Zərifə,
Xalqın möcüzəli, inamlı qızı.

Nəzakətəm beş balanın anası,
Sinəsi çal-çarpaz şəhid yarası.
Sənsən bu millətin əziz anası,
Xalqın möcüzəli inamlı qızı.

N.İ.Alıyeva
Yazan: admin Baxış: 651 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0