GameWin

Yaşar Talıbov - "Zərifə xanıma!" şeiri
Əziz qızım Nigarı xilas etdiyinə görə ona minnətdarlıq edirəm. 

Zərifə xanıma!
Zərifə xanımın hüzurundayam, 
Salam verib, salam alıram ondan. 
Qara rübənd altdan baxan gözləri, 
İnam bəxş eyləyir elə ilk andan.
Qara geyimində, davranışında, 
Qəribə sadəlik səmimilik var. 
Dərd sinif təhsilli bu el qızının, 
Hər bir kəlməsində, hər bir sözündə. 
Qeyri-adi bilik, elmilik var. 

Zərifə xanımın hüzurundayam, 
Işığı söndürüb öz gözləriylə. 
Məni hərtərəfli "Rentgen” eyləyir, 
Sonra heç bir "UZİ”, "Rentgen” görməyən. 
Diaqnozu mənə öz sözləriylə, 
Izah edə-edə elə söyləyir. 
Ki, məndə bir şübhə qalmayır daha, 
Ancaq bu möcüzə qarşısında mən.
Həmd olsun deyirəm Qadir Allaha! 

Diaqnozu düzgün təyin eyləyib, 
Qadir Allahından Rüsxət alaraq. 
Müalicəsinə başlayır dərhal, 
Şəfqətli əlindən, xoş nəfəsindən. 
Canına elə bir məlhəm yayır ki, 
Elə ilk dəfədən hiss edirsən ki.
Səndən uzaqlaşıb gedir xəstə hal. 
Bu anda qəlbimdə düşünürəm ki, 
Bizə açıq-aydın möcüzəsidir!

Bəlkə İmam nəsli olduğu üçün, 
Ağır Seyid nəsli olduğu üçün. 
Seyid Ağamirin, Seyid Miskinin, 
Şamayil qarının, Yaxşı nənənin. 
Bülqeys ananın-bu seyidlərin, 
Davamçısı bu gün olduğu üçün, 
Həyatda hər şeyə qadir Allahın. 
Zərifəni belə tutmuşdur yaxın?!

Bəlkə buna görə də bu gün xəstələr, 
"Ölüm hökmü” almış bu biçarələr. 
Zərifə xanımı deyib gəlirlər. 
Onun ocağına hey axın-axın?!
Bir qadir Allahın işinə baxın, 
Onun hüzuruna alim, həkim də.
Professor da gəlib imtahan edir; 
Hamı da Ocağa qəlbən bağlanıb,
Zərifə xanımdan çox razı gedir! 

Həkimlikdə saçın ağardanlar da 
Onun qarşısında bu gün baş əyir;
On illərlə şəfa tapmayanların, 
Dərdinə heç əlac olmayanların,  
Düzgün diaqnozun üzünə deyir, 
Müalicəyə cəmi üç gün sərf edib, 
On səkkiz günədək tamam sağaldır!
Qəribə görünür bunlar deyilmi? 
Bütün deyilənlər sanki nağıldır!
Nə qədər qəribə görünsələr də, 
Bunlar heç danılmaz bir həqiqətdir! 
İllərlə çəkdiyi xəstəliklərdən, 
Xəstəxanalardan, həkim gəzməkdən
Usanmış yüzlərlə canlı insanlar 
Sübuta alınmaz bir həqiqətdir! 
Xeyriyyəçi insan, bilici kimi 
Mötəbər yerlərdən ona verilən 
Diplomlar da təsdiq eyləyir bunu 
Alimləri, həkimləri də ram eyləyən 
Dərd sinif təhsilli bu el qızının 
Bu gün xalqı üçün kim olduğunu!

Bəli, El qızımız-Zərifə xanım. 
Qadir Allahın Rüsxəti ilə 
Bu gün göstərdiyi möcüzələrilə
Xalqa təmənnasız xidmətindədir!
Ən böyük arzusu xəstələrini,
Onu deyib gələn hər bir insanı 
Sağaldıb şən görmək niyyətindədir!
Bu Allah vergili nadir insana 
Düzgün qiymət vermək gərəkdir bilsən, 
Ona bu qiyməti verib, sonra da 
Şöhrət zirvəsinə qaldıran kəsə 
Indidən deyirəm əhsən, min əhsən!

Yaşar Talıbov
Yazan: admin Baxış: 722 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0