GameWin

Ruhiyyə Əsgərova - "Zərifə xanıma" şeiri
Zərifə xanıma
Şükürlər edirik gündə neçə yol,
Görəndə Rəbbimin möcüzəsini.
Əsirgəməz Tanrım saf insanlardan,
Özünün ən böyük mərhəmətini.

Tanrının iznilə böyük xalqına
Arxasan, köməksən, Zərifə xanım!
Xəstəni qoymursan heç zaman darda
Arzusan, istəksən, Zərifə xanım!

Əlsizə əl verdin, gözsüzə işıq,
Yaraya məlhəmsən, qəlbə yaraşıq.
Bil, sənin ismini qəlbə yazmışıq,
Sən elə gərəksən, Zərifə xanım!

Nəslin seyid nəsli, niyyətin təmiz,
Səni deyib gəlir hər cür çarəsiz.
Olub keçənlərin şəksiz-şübhəsiz
Əvvəldən görənsən, Zərifə xanım!

Xalqın bu günündə çox şükür, varsan,
İman gətirənə qəlb sirdaşısan.
Səni düşündürməz mükafat, ad-san,
Qanadsız mələksən, Zərifə xanım!

Arzum budur, heç pis günün olmasın,
Gözlərin heç zaman yaşla dalmasın.
Lalə rəngli gül yanağın solmasın,
Açılmış çiçəksən, Zərifə xanım,
Yurduna bəzəksən, Zərifə  xanım!

Ruhiyyə Əsgərova
Yazan: admin Baxış: 695 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0