GameWin

Firuzə Küsgün Kəlbəcərli - "KƏLBƏCƏRİM" şeiri
KƏLBƏCƏRİM
Qızıl tac tək Kəlbəcərim,
Başdan düşdü paralandı.
Neçə gəlin əsir getdi,
Neçə igid yaralandı.

Evlərimiz dolu qaldı,
Yağı bizdən qisas aldı.
Sail tək çöllərə saldı,
Eldən-gündən araladı.

Allah, nədir günahımız?
Nahaq tökülür qanımız.
Həyatdan bezmiş canımız,
Hissə-hissə paralandı.

Bu imiş Küsgün qismətim,
Töküldü həyam, ismətim.
Tamam kəsib kəsəmətim,
Bəxt ulduzum qaralandı.

Vüqarlısan, ey Kəlbəcər,
Səndən doğub Nəbi, Həcər.
Ömrümüzü etmə hədər,
Sənsiz solub, saralandı.

Firuzə Küsgün Kəlbəcərli
Yazan: admin Baxış: 808 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0