GameWin

Abbas Əsgərbəyli - "ZƏRİFƏ XANIMA" şeiri
ZƏRİFƏ XANIMA
Yetmiş altı yaşında oxudum kitabını,
Elə oradaca da öyrənmişəm adını.
Qiyabi olsa belə, ocağına gəlirəm,
Sənin möcüzəni də səndən sonra bilirəm!

Düzgün yoldasan,qızım, bu yolda dayanma, get,
Xəstə soydaşlarıma gecə-gündüz kömək et.
Tək bir Allahı çağır, ümidlə bax Rəbbinə,
Fikir vermə kənardan gələn zərbəyə, kinə!

Sənə Allah vergisi bu yolla gəlib çatıb,
Zərbələri, kindləri tamam kənara atıb.
Kitabını oxudum, çox şey öyrəndim ondan,
Necə ki, yıxılmısan səkkiz yaşında damdan!

Uşaq ikən yıxılmaq elə dördqatlı damdan,
Bilirsən nə deməkdir? - Ölümdür o bir azdan.
Sən damdan yıxılmadın,ordan gəldin qucağda,
«Vergili» adın aldın tanınmış bir ocaqda!

Xəstə xəstədir, qızım, istəyir böyük olsun,
İstəyir kiçik olsun, oğlan olsun, qız olsun.
Fərq qoyma heç birinə, vicdanla hərəkət et,
Müalicə et onu, sonra durub evə get!

Sənin evinə xəstə gəlir böyük ümidlə,
Çalış köməyin olsun, qaytar həmin ümidlə.
Bala, Allah vergisi verilməz hər adama,
O verilir mində bir, o da təmiz adama!

Elə et ki, o ada daim layiq olasan,
Dünyada yaşadıqca ona sadiq olasan.
Qızım, adınla yaşa, həyatın xoşbəxt olsun,
Bir də vergini verən sənin köməyin olsun!

Abbas Əsgərbəyli
Yazan: admin Baxış: 672 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0