GameWin

Ruhiyyə Əsgərova - "ZƏRİFƏ XANIMA" şeiri
ZƏRİFƏ XANIMA
Şükürlər edirik gündə neçə yol,
Görəndə Rəbbimin möcüzəsini.
Əsirgəməz Tanrım saf insanlardan,
Özünün ən böyük mərhəmətini!

Tanrının iznilə böyük xalqına,
Arxasan, köməksən,Zərifə xanım.
Xəstəni qoymursan heç zaman darda,
Arzusan, istəksən, Zərifə xanım!

Əlsizə əl verdin,gözsüzə işıq,
Yaraya məlhəmsən, qəlbə yaraşıq.
Bil, sənin ismini qəlbə yazmışıq,
Sən elə gərəksən, Zərifə xanım!

Nəslin Seyid nəsli, niyyətin təmiz,
Səni deyib gəlir hər cür çarəsiz.
Olub-keçənləri şəksiz-şübhəsiz,
Əvvəldən görənsən, Zərifə xanım!

Xalqın bu günündə çox şükür, varsan,
İman gətirənə qəlb sirdaşısan.
Səni düşündürməz mükafat, ad-san,
Qanadsız Mələksən, Zərifə xanım!

Arzum budur heç pis günün olmasın,
Gözlərin heç zaman yaşla dolmasın.
Lalə rəngli gül yanağın solmasın,
Açılmış çiçəksən, Zərifə xanım!
Yurduna bəzəksən, Zərifə xanım!

Ruhiyyə Əsgərova
Yazan: admin Baxış: 624 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0