GameWin

Nizami Nikbin - "MÖCÜZƏDƏN MÖCÜZƏDİR ZƏRİFƏ" şeiri
MÖCÜZƏDƏN MÖCÜZƏDİR ZƏRİFƏ
Şəfa möcüzələri yaradan, istəklimiz Zərifə Yaqub qızı Nəbiyevaya

Nəfəsi odu da söndürə bilir,
Baxışı lalı da dindirə bilir.
Gözləri zülməti yandıra bilir,
Şirindilli, baməzədir Zərifə,
Möcüzədən möcüzədir Zərifə.

Şux qamətdə, incəlikdə yox tayı,
Saf əməlnən qurur şəfa sarayı.
Dünyanı bürüyür hayı, harayı,
Toy-düyünlü, baməzədi Zərifə.
Möcüzədən möcüzədir Zərifə.

Naxış salır həm əli, həm ayağı,
Seçir həm qaranı, seçir həm ağı.
Seyidliyin bayrağıdır, bayrağı,
Şah tinyətli, baməzədir Zərifə.
Möcüzədən möcüzədir Zərifə.

Mərdlikdə kişidən ötədir adı,
Sirli xəzinədi, böyük dünyadı,
Atdan təzə düşmüş mələksimadı,
Sədaqətli, baməzədi Zərifə,
Möcüzədən möcüzədir Zərifə.

Cavankən qazanıb min ad özünə,
Rübəndi yaraşır nurlu üzünə,
Deyir: «Bıçaq batsın yaman gözünə!»
Məhəbbətli, baməzədir Zərifə,
Möcüzədən möcüzədir Zərifə.

Elxan kimi müğənniyə verdi səs,
Xalqı heyran qoydu belə böyük şəxs.
Min-min ürək ondan alacaqdır dərs,
Şəfaətli, baməzədi Zərifə,
Möcüzədən möcüzədir Zərifə.

Hər işi yaradır vergisinə bab,
Heç bir xəstəsiynən çəkməz haqq-hesab.
Nikbin  səf-səf düzür bu qəlbə kitab,
Əzəmətli, baməzədir Zərifə,
Möcüzədən möcüzədir Zərifə.

Nizami Nikbin (Əsgərbəyli)
Yazan: admin Baxış: 576 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0