GameWin

Nizami Nikbin - "ZƏMANƏNİN ZƏRİFƏSİ" şeiri
ZƏMANƏNİN ZƏRİFƏSİ
Rüsxətlə gəlibdir dərsi, seçir daxildə hər tərzi,
Dildən dilə düşüb bəhsi,heyran qoyur bütün ərzi,
Bayraq tutub şərə gürzü,həqqə çəkir çarpaz fərzi,
Yaradır şah hekayəsin, Zəmanənin Zərifəsi.

Gül açır sınaq qüvvəsi, qəlb dirildir qiyafəsi,
Dərman olur hər kəlməsi, mənalıdır ifadəsi,
Deyənin artır həvəsi: — Ya Zərifənin nəfəsi!
Qurur şəfa abidəsi,Zəmanənin Zərifəsi.

Soyköküdür Miskin nəsli, Seyid Bilqeyisin vəsli,
Haqqın «Ümid pərvanəsi», Rəbbin şəfaət vergisi,
Min-min sınağın dərgisi,sehirlidir hər bilgisi,
Şərəflidir şərifəsi, Zəmanənin Zərifəsi.

Qaya yarır iradəsi, canlar sağaldır qibləsi,
Söz yuğurur lal nəşəsi,odur dövrün əfsanəsi,
İmam Hüseyn törəməsi, əsrin saflıq nişanəsi,
Təriflilər təriflisi, Zəmanənin Zərifəsi.

Məlhəmlənir hər cümləsi, əzbəridir: -Amin! - səsi,
Dastanlaşır «şəcərəsi», nurlanır sirr fəvvarəsi,
Müşküllərin dürr çarəsi, dinin sehr vəsiləsi,
Bakirələr bakirəsi — Zəmanənin Zərifəsi.

Şüar etdikcə şux səsin, Yeri öpür Göy qübbəsi,
Bərq vurur göz tərəzisi, tarımlanır Yer kürəsi,
Açılır insan təşnəsi, sahmanlanır xəritəsi,
Azərbaycan Məlakəsi, Zəmanənin Zərifəsi.

Yazar Nikbinin qüvvəsi, şəfa, səhhət məfkurəsi,
Dünyalaşır tərsanəsi, Ərşə çatır xarüqəsi,
Elin ümid-istək rəmzi, nəslin sevgi tarixçəsi,
Zəmanənin Məsuməsi,Zəmanənin Zərifəsi.

Nizami Nikbin (Əsgərbəyli)
Yazan: admin Baxış: 602 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0