GameWin

Əliyeva Şirvan Hacı qızı - "ZƏRİFƏ XANIMA" şeiri
ZƏRİFƏ XANIMA
Tanrıdan bir həkim gəlmiş dünyaya,
Onu bəxş etmişdir Azərbaycana.
Zəif vücudların, dərdli canların,
Dərmanı Zərifə xanımdır ancaq!

Onun varlığında var bir şəfaət,
Rəbbim istəyənə o olsun qismət.
Əllərin çəkəndə can olur rahət,
Dəvasız, dərmansız Zərifə xanım,
Xalqına şəfadı Zərifə xanım!

İnanan heç zaman naümid getməz,
Onun şəfasından əlin götürməz.
O nurlu baxışı heç vaxt yorulmaz,
Şəfa ocağıdı Zərifə xanım,
Müqəddəs varlıqdı Zərifə xanım!

25.06.2000-ci il
Əliyeva Şirvan Hacı qızı
Bakı şəhəri, Xətai rayonu, müəllimə

Yazan: admin Baxış: 646 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0