GameWin

"Xalqın Möcüzə Qızı" şeiri
XALQIN MÖCÜZƏ QIZI
Məni düşdüyüm psixoloji sarsıntıdan xilas etdiyinz üçün qəlbimin sözlərindən qiymətli hədiyyəm yoxdur

Adın Zərifədir, əməlin zərif,
Allahdan verilib sənə bu tərif.
Əllərin şəfalı, diləyin zərif,
Xalqın möcüzəli, inamlı qızı.

Sənin o şəfalı əlinə qurban,
Xalqa inam verən dilinə qurban.
Koroğlu qüdrətli elinə qurban,
Xalqın möcüzəli, inamlı qızı.

Sənə ad vermişəm, inam Zərifə,
Hamıya yaratdın inam Zərifə.
Hamı sənə deyir anam Zərifə,
Xalqın möcüzəli, inamlı qızı.

Nəzakətəm – beş balanın anası,
Sinəsi çal-çarpaz şəhid yarası.
Sənsən bu millətin əziz anası,
Xalqın möcüzəli, inamlı qızı.
Yazan: admin Baxış: 1 145 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0