GameWin

"Bacımın" şeiri
BACIMIN
Çox əzab çəkərək xəstələr üstə.
Günəş tək nur verir gözü bacımın.
Qaynar qanı ilə sönməz ocaqdır.
Qızdırır çox evi közü bacımın.

Gəl dinlə Zərifin nəsihətini,
Görginən dar gündə xoş niyyətini,
Dərindən anlasan məsləhətini,
Qızıldan üstündür sozü bacımın.

Ömrünü mənasız yola salmayıb,
Dünyanın malında gözü qalmayıb,
Yaralı üstündə çox vaxt olmayıb
Nə gecəsi, nə gündüzü bacımın.

Nə qədər dərdinin olub dayağı.
Boynuna götürüb bir ağır dağı,
Qayğılı əlləri şəfa ocağı
Keçilməz bir yoldu izi bacımın.

Oğlumuza ev tikib, maşın alıbdı,
Qızımızı cehizlə yola salıbdır,
Yetimə, qaçqına qeydə qalıbdı,
Hörməti yaşadır bizi bacımın.

Küsgün diqqətlə bax sən bu diyara,
Dərd bilən olmasa sağalmaz yara.
Bu geniş dünyada Allahdan sonra
Yaradan qüvvədir özü bacımın.
Yazan: admin Baxış: 649 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0