GameWin

"Özüm ürəyimlə danışanda mən!" şeiri
ÖZÜM ÜRƏYİMLƏ DANIŞANDA MƏN!
Dayanma ey ürək, durma ey qələm,
Yaz görüm didərgin nə götürmüsən,
On illik qaçqınlıq keçirib indi,
Artıq gör nə qədər vaxt itirmisən.

Ürəyim deyir ki, vaxta var hələ,
İnşallah açılar qurulan tələ,
Qayıdıb vətənə qismət olarıq,
Qələbə çalarıq qanadlanarıq.

Otur bircə-bircə hesabla görüm,
Ömrün nəyi gedib, nəyi qalıbdır.
Özü yumruq boyda olan ürəyim,
Bu qədər arzunu hardan alıbdır.

Çox da bel bağlama fələyə könül,
Bu dünya dediyin qurğu-kələkdir,
Heydəri elindən ayıran ruzigar
Səni qoyun kimi mələdəcəkdir.

Küsgün bir söz söylə bu elə, yurda,
Dolsun ürəklərə arzular kimi,
Nə vaxtsa dünyada sən olmayanda,
Şerin çiçək açsın ilk bahar kimi.
Yazan: admin Baxış: 668 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0