GameWin

"A, Qardaş!" şeiri
A, QARDAŞ!
Sevinclə, kədərin yolu qarışıb,
Olaydın qəlbimdən halı, a qardaş.
Tərsinə fırlanır dövrü zamanda,
Dövran dəyişibdir halı, a qardaş.

Gənclik yollarınız çiçəkli, hamar,
Hər incə baxışdan qəlbə nur damar.
Qarşılasın səni ən xoş arzular,
Birdən dəyişirsən yolu, a qardaş.

Ömrün çiçək açsın saralıb, solma,
Talehdən inciyib xəyala dalma,
Kədər badəsini əlinə alma,
İç eşqin badəsin dolu, a qardaş.

Ürəyi coha gəlib şair bacının,
Alqışlar eyləyir başda tacının,
Bacının qardaşa bol möhtacının
Həmişə açıq olsun yolu, a qardaş!

Ey küsgün boylanma keçən günlərə,
Gərək öz yerini qoy bilsin hərə,
Gəl küsmə heç nədən, bir hədər yerə,
Dilimin şəkəri, balı, a qardaş!
Yazan: admin Baxış: 9 046 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0