GameWin

Zeynəb Bəhmənli - "Yaqutum" şeiri
Yaqutum
Nə gözəl xəlq edib səni Yaradan
Mələk yaranmısan əzəl binadan.
Tanrı hifz eyləsin dərdi-bəladan,
Dəyməsin sənə göz-nəzər, Yaqutum.

Nə qədər bu həyat, bu dünya vardır,
Kamalın-camalın nuri-cahandır.
Bu könlüm hüsnünlə ruhi-rəvandır,
Xəyalım göyləri gəzər, Yaqutum.

Yaza könül verdim, qışı neylərəm,
Adına nəğmələr qoşub söylərəm.
Quş kimi yanına uçub gələrəm,
Uzat əllərini tutum əlindən,
Tər çiçək gətirdim sənə elimdən-
Payın olsun nurlu səhər, Yaqutum.

Zeynəb Bəhmənli
Yazan: admin Baxış: 695 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0