GameWin

Səadət Təhmiraz qızı - "Xilqətin Var Olsun!" şeiri
XİLQƏTİN VAR OLSUN!
Budur inayəti sənə Tanrının,
Xoşbəxt yaranmısan ilk yaranışdan.
Daim sevimlisi oldun hamının,
Duyursan insanı bircə baxışdan.

Zərif çiçəklərin, zərif güllərin,
İncə naxışların zərifi səndə,
Tanrı yaratdığı gözəlliklərin,
Vəsf etdi sevimli Zərifəsində.

Varlığın dəniz tək çağlayır, coşur,
Ümidlər süzülür dilindən sənin,
Şəninə şeirlər, nəğmələr qoşur,
Kim ki, şəfa tapıb əlindən sənin.

Tanrıya uzanan əllər içində,
Bir əl var, o bizə Tanrı payıdır.
Ona ehtiyacı olan hər kəsdə,
Möcüzə yaradır , şəfa yaradır.

Əlindən şəfasın tapan bəndələr,
Daim minnətdardır ulu Tanrıya,
Səni xəlq eylədi o müdhiş bəşər,
Xilqətin var olsun Zərifə ana.

Səadət Təhmiraz qızı.
Musiqişunas, "Qızıl qələm”, "Məhsəti Gəncəvi” və " Gənclər” mükafatlarının lauriatı, musiqi sənəti üzrə fəlsəfə doktoru.
Yazan: admin Baxış: 771 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0