GameWin

Səadət Təhmiraz qızı - "Zərifə xanım!" şeiri
Zərifə xanım!
Nurdan yaranmısan  , nurdu baxışın.
Sən Tanrı vergisi, Tanrı payısan.
Allaha xoş gedir sənin alxışın,
Nagüman qəlblərin ümüdgahısan.

Nə qədər şirindir sözün , söhbətin,
Ürəyin güldən də incədir sənin.
Safdır insanlığa olan niyyətin,
Odur ki, böyükdür hörmətin sənin.

Hərənin qəlbində bir arzu , istək,
Hərə bir niyyətlə döyür qapını,
Sən də şəfa verib ey gözəl mələk,
Daim sevindirdin gələn hamını.

Əllərin şəfalı, həm də açıqdır,
Bir uca Tanrıya, bir insanlara.
Hüsnün , camalın da bir yaraşıqdır,
Sən bir möcüzə tək gəldin cahana.

Tanrının qüdrətin səndə görürük,
Sanki, bir nurusan sən bu dünyanın.
Biz alqış deyirik, əhsən deyirik
Səni yaradana Zərifə Xanım!

Səadət Təhmiraz qızı.
Musiqişunas, "Qızıl qələm”, "Məhsəti Gəncəvi” və " Gənclər” mükafatlarının lauriatı, musiqi sənəti üzrə fəlsəfə doktoru.
Yazan: admin Baxış: 645 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0