GameWin

Zahidova Heqiqet

                                                   Şəfa Pərisi 

          Həyatını havasız qaranlıq divarlar arasında xalqına, millətinə həsr edən Zərifə xanım haqqında nə yazsam da, nə qədər yazsam da yenə azdır.Onun bu Allah vergisi olan istedadından ən çox yararlananlardan biri də mənəm.Qara örtük altında nur saçan simasına baxanda onda bir qeyri-adilik sezilir.Mən hər dəfə dözülməz ağrılarla onun qəbuluna gəlir və buradan quş kimi yüpyüngül çıxarkən düşünürəm ki, gözləri rentgen, əlləri şəfa qaynağı olan bu qeyri-adi insan Allahımın bizim millətə bəxş etdiyi bir lütfüdür.

        Məlumdur ki, lap qədim dövrlərdən belə vergili insanlar çox olub.Lakin insanın daxili orqanlarında rentgen aparatlarının görə bilmədiklərini gözləri ilə görən, 70-dən artıq xəstəliyi dava-dərmansız müalicə edən, eyni zamanda insanın ürəyini, fikrindən keçənləri üzünə oxuyan qeyri-adi fenomen şəxsiyyət Zərifə xanımın simasında demək olar ki, dünyada ilk və təkdir.

        Mən ilk dəfə bu qeyri-adi xanımın yanına 1995-ci ildə oğlumu apardım.Xəstəliyini bilirdim lakin, Zərifə xanıma bu haqda heç nə demədim.Hər cür ekstrasenslikdən uzaq olan İlahi vergili,mələk üzlü bu xanım qaranlıq otaqda, üzündə rübənd oğlumun daxili orqanlarını geyimini çıxarmadan 4-5 metrlikk məsafədən görərək nəinki diaqnoz qoydu, eyni zamanda onu iynəsiz, dərmansız şəfalı əlləri ilə müalicə də etdi.Bundan sonra bu xanımın ağla sığmayan qabiliyyətinin tez-tez şahidi olmağa başladım.Həmin gündən bu ev mənim üçün şəfa ocağına çevrildi.Tək mənim deyil, bütün ailə üzvlərimin, qohumlarımın yeganə şəfa mələyidi bu xanım.

        Məni mat qoyan bir neçə hadisəni sizə danışmaq istəyirəm.Bi r gün eşitdim ki, nəvəm Aydında güclü baş ağrıları olur, mədə bulantısı, iştahasızlıq da var.Anası həkimə aparıb, həkim məsləhət görüb ki, başını kompyuterə saldırın, cavabını mənə gətirin.Mən bunu eşidən kimi uşağı alıb,Zərifə xanımın yanına apardım.Zərifə xanım hər zamankı kimi işıqları söndürdü və daxili nüfuz edən gözəl gözləri ilə nəvəmi müayinə etdi.Mən həyəcanla gözləyirdim ki, yəqin deyəcək uşağın başında bir xəstəlik var... Bur nur parçası-xanım işığı yandırdı, qara örtüyün altından mənə nəzər salaraq: “Bu uşaqda iki adda bağırsaq qurdu var”- adlarını da söylədi.Üstümdən sanki dağ götürüldü.Amma nə gizlədim, mən xanımın ocağından çıxdım, birbaşa xəstəxanada laborant işləyən rəfiqəmin yanına getdim, uşaqdan analiz götürdü...Və eyni cavabı mənə deyəndə mən donub qaldım...İlahi sənə çox şükür! Bizim millətə nə böyük bir bəxşiş göndərmisən.Həm diaqnoz qoyur, həm müalicə edir.Mənim bildiyimə görə insan şüurunu dərk edə bilməyəcəyi qeyri-adi qabiliyyətə malik bu rentgen xanım dünyada yeganədi, o da bizim millətin payına düşüb.

          Mən nəvəmlə bağlı bir hadisəni də sizin nəzərinizə çatdırmaq istəyirəm.Bir gün qızım mənə söylədi ki, bəs 10 gündü hər axşam Aydın özünü pis hiss edir, qızdırmasını ölçürük 37.7, 37.8 olur.Həkimə aparıram hər dəfə deyir: “Boğazındandı, iltibah var“.Antibiotik təyin edir, amma xeyri olmur.Mən uşağı alıb birbaşa rentgen xanımın yanına üz tutdum.O, həmişəki kimi yenə məni qeyri-adi istedadı ilə mat qoydu...Diaqnoz, öd kisəsində qurd oldu.Az çox tibbdən məlumatı olanlar bilir ki, bu xəstəliyin müalicəsində öddəki qurdları, məhv etmək  üçün çox ağır və uzun müddətli dərman müalicəsi tələb olunur.Zərifə xanım bu xəstəliyi şəfa saçan əlləri ilə cəmi 3 seansa müalicə etdi.Mən düşünürəm ki, bu sözün əsl mənasında möcüzədir.Etiraf etməliyik ki, əgər Allah bu xanıma belə bit fitri qabiliyyət veribsə, bunu qiymətləndirmək, bundan düzgün istifadə etmək lazımdır.Belə insanların  sağlığında abidəsi qoyulmalıdır.Çünki Zərifə xanım Allahın təcəllisidi.

         Mən Zərifə xanımın nurlu simasını, gözəl çöhrəsini görmək, mehriban, həzin səsini eşitmək üçün yanına tez-tez gedirəm.Onun qəbulunda nəinki Azərbaycanın ayrı-ayrı bölgələrindən, hətta xarici ölkələrdən də çoxlu müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların ümidlə gözlədiklərini görür, sevinc dolu göz yaşlarının şahidi oluram.

         Mən öz adımdan, ailə üzvləriminadından hörmətli Zərifə xanıma sonsuz təşəkkürümü bildirirəm.Allah onu bu millətə çox görməsin.Çünki o mənim kimi yüzlərlə, minlərlə sağalmaz xəstəliyə düçar olan insanları gözlərinin nuru ilə, əllərinin şəfası ilə yenidən həyata qaytarıb.Əlinin şəfası, gözünün nuru tükənməsin, ey millətimin şəfa pərisi! 

 

                                                 Hörmətlə: Həqiqət Zahidova (Tarix üzrə fəlsəfə doktoru)

                                                 (050) 515-63-00

        

 

Yazan: admin Baxış: 412 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0