GameWin

Zoya Murselova

                           Bütün qohumlarım Zərifə xanımın əli ilə şəfa tapıb

       29 yaşım var.Şirin arzularla ailə qurdum.4 il keçdi ana olmadım.Həyat yoldaşım Mürsəlov Rafiq daş karxanasında işləyir.Aldığı pulu xəstəxanalara, dərmanlara verdi.Kürdəmirdə, Bakıda çox xəstəxanalarda müalicə aldım.Ancaq müalicənin xeyri olmadı.

       Qardaşım Farizin də uşağı olmurdu.O, internetdən Zərifə xanım haqqında məlumat öyrənmişdi.Sağaltdığı xəstələrin yazılarını oxumuşdu.Odur ki, qardaşım yoldaşı ilə birlikdə Zərifə xanımın qəbulunda olaraq, seansları qəbul etmişdilər.Dalbadal Sona və Arzu adlı iki övladı oldu.Sonanın 2 yaşı var.Arzu isə 5 aylıqdır.

        Atam Babalının 60-a yaxın yaşı var.Böyrək sancıları dəhşətli dərəcədə ona sancılar verirdi.Həkimin məsləhəti bu oldu ki, böyrəyini kəsib götürsünlər.Qardaşım atamı da Zərifə xanımın qəbuluna apardı.Zərifə xanımın seansları atamı da böyrək daşından və əməliyyatdan xilas etdi.İndi atam özünü yaxşı hiss edir.Zərifə xanımın şəfalı əlləri məni də arzuma çatdırdı.Hansı ki, həkimlər mənə demişdilər ki, səndə folekullar partlamır.Uşaqlıq borusu bağlıdır, çirk var.Cəmisi üç gün seans qəbul etdim.Zərifə xanəm dedi ki, 1 aydan sonra yenidən gələrsən.Heç bir ay keçməmiş gəldim yanına.Zərifə xanım məni yoxlayıb,sevinclə-hamiləsən-dedi.Düz 9 ay ara-sıra Zərifə xanım ocağına ziyarətə gəlib-getdim.Oğlum Azərin doğulması ailəmizə sevinc bəxş etdi.Valideynlərim, həyat yoldaşım Zərifə xanıma öz təşəkkürlərini bildirdilər.Yaxınlarımızın sevincinin həddi-hüdudu yox idi.Bir il üç aydan sonra ikinci övladım Fatimə dünyaya gəldi.

       Bu sevincdə də Zərifə xanımın payı oldu.Bir gül oğlum Azərin səhhətində narahatlıq baş verdi.Həkimə müraciət etdik.Dedilər ürəyində əzələ çatışmazlığı var.Biz çox həyəcan keçirdik.O qədər imkanımız yoxdur ki, biz uşağımızı İranda əməliyyat etdirək.Dedik aparaq Zərifə xanım baxsın.Şükür,Tanrıya Zərifə xanım Azəri yoxlayıb güldü.Və dedi ki, nəvəmin heç nəyi yoxdu.Yalan yerə aparıb uşağımın sinəsini yardırmayın.Sadəcə bir az zəifdi.Uşağa vitaminli şeylər verin, təmiz havaya çıxarın, heç nə olmaz.

       Yenə ümidlə, sevinclə geri döndük.Biz Zərifə xanımın ocağından şəfa tapmışıq.Qoy bütün xəstələrə də qismət olsun!

       Ulu Yaradana dua edirik ki, nə yaxşı Zərifə xanımı bizə bəxş edib.

       Oğlum Azər, qızım Fatimə hər görəndə Zərifə xanımın əllərindən öpür.Bunu onlara biz deməmişik.Öz ürəklərindən gələn bir məhəbbətdi.Zərifə xanıma da məhəbbəti dərin olan da çoxdur.Biri də bizim ailə oldu.

                                                                                        Hörmətlə: Zoya Mürsəlova       

                                                                                        Kürdəmir ray.,Şilyan kəndi

                                                                                        (051) 557-39-71

Yazan: admin Baxış: 500 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0