GameWin

Fəaliyyətim

Mayılova Zərifə Yaqub qızı Azərbaycan Respublikası Kəlbəcər rayonunda anadan olub. Z.Mayılova 9 yaşında 12 günlük letargiya yuxusu keçirəndən sonra onda insanın daxilini görmə qabiliyyəti yaranıb. O insanın daxilindəki xəstəlikləri ən müasir tibbi aparatlardan daha dəqiq müəyyən etməklə sağaltmağı da bacarır. Z.Mayılova qeyri-adi qabiliyyəti. İlə 50 növdən çox xəstəliyi preparatsız müalicə edə bilir:

1. Ağ ciyər xəstəlikləri: pnevmoniya, bronxit, bronxial astma tutmaları (ilkin mərhələdə).
2. Ürək-damar çatışmazlığı.
3. Ürəkdə olan ağrılar.
4. Qan təzyiqi – hipertoniya xəstəliyi.
5. Yel xəstəliyi – revmatizm.
6. Qanda olan xəstəliklər.
7. Beyin – qan dövranının pozulması.
8. Baş gicəllənmələri, baş ağrıları.
9. Bədən şişləri.
10. Limfa şişləri.
11. Xərçəngin ilkin formaları.
12. Döş şişləri.
13. Mastopatiyalar.
14. Mədə xəstəlikləri: qastrit, eroziya, 12-barmaq bağırsağın xorası.
15. Mədəaltı  vəzin xəstəlikləri: pankreatit.
16. Qaraciyər xəstəlikləri: piylənmə, hepatoz.
17. Qaraciyərdə exinokokk.
18. Ləmblioz – öd kisəsində.
19. Böyrək ağrıları (duzlar) -  kolika.
20. Böyrək daşı xəstəliyi.
21. Sidik saxlamamazlığı – enurez.
22. Qadın xəstəlikləri: fibromatozlar, miomalar.
23. Yumurtalıq kistaları, soyuqlamalar.
24. Sonsuzluğun təyin edilməsi (kişidən və ya qadından uşağın olmamasının təyini)
25. Sonsuzluq (uşaq olmaması) 23 ilə qədər.
26. Əzələlərin tonusdan düşməsi.
27. Qarında olan ağrılar.
28. Diş ağrıları.
29. Dəri xəstəlikləri: sızanaqlar, ləkələr (vitiliqo)
30. Allergik dermatitlər.
31. Başda tükün tökülməsi – allopesiya.
32. 30 yaşa qədər başa tük gətirilməsi.
33. Zəif doğulan körpələr.
34. Uşaqlarda qorxu, yuxusuzluq, baş ağrıları, qıcolmalar.
35. Uşaqlarda dil tutulması, kəkələmə.
36. Qara qorxular, bədnəzər.
37. Dildə və udlaqda olan yaralar.
38. Karlıq.
39. Haymorit.
40. Endokrinoloji xəstəliklər: zob, şəkərli diabet.
41. Brusellyoz xəstəliyi.
42. Qırıq və  çıxıqların təyini.
43. Şinada olan uşaqlar -  bud-çanaq oynağının patologiyaları: displaziya və çıxıqlar.
44. Uşaqlarda tək və ya ikitərəfli yumurtanın yerinə düşməməsi – kriptorxizm.
45. Damar genişlənmələri – 4-5 ilə qədər.
46. Onurğa sütununun xəstəlikləri: ostexondroz, diskin sürüşməsi, diskarası yırtıqlar (qrija).

Z.Mayılova sadalanan xəstəlikləri tam qaranlıq otaqda vizual tərzlə müəyyən edir, dərman və cərrahiyyədən istifadə etmədən şəfa verir. Onun sözlərinə görə 30 il ərzində 500 mindən çox insan müalicə edib. Müalicənin uğurla nəticələnməsi üçün xəstələr onun İslam dininə əsaslanaraq xəstə qarşısında qoyduğu tələblərə əməl etməkdir:

1. Xəstələr qəbula pak və təmiz gəlməlidirlər;
2. Xəstənin üstündə geyimdən başqa heç nə (dua, qızıl əşya, bəzək şeyləri olmamalıdır);
3. Hər ailədə gün ərzində bir xəstə qəbul edilir;
4. Sonsuzluğun müayinəsi üçün ər-arvad birlikdə qəbul edilir;
5. Yoluxucu xəstələr, əməliyyata məruz qalanlar, hamilə qadınlar, qarnında yırtığı, oynaqlarda duzu olanlar müalicə qəbul edilmir;
6. Müalicə zamanı dərmanlardan istifadə qadağandır və pəhriz (kolbasa, araq və s.) saxlanılmalıdır;
7. Mayılova dünyanın müxtəlif ölkələrində (ABŞ, Almaniya, Rumıniya, Hollandiya, Türkiyə, İran, ərəb əmirlikləri və s.) müalicələr apararaq müxtəlif xəstələri sağaldıb.

Zərifə xanım unikal qabiliyyətə malik olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2000-ci ildə verilən lisenziya və Gena Davitasvilinin Beynəlxalq Alternativ Elmlər Akademiyasının 2000-ci ildə aldığı diplomunda rəsmi təsdiqini tapıb.
Zərifə xanıma Mayılova həm də tanınmış xeyriyyəçidir. Yüzlərlə ailə, qaçqın onun yardım və qayğısını görüb. İmkansız gənclərə ailə qurmaqda kömək edib. Qnun xeyriyyəçilik fəaliyyəti Azərbaycan Respublikası Jurnalist Həmkarlar İttifaqı Rəyasət heyəti, Azərbaycan Respublikası Ziyalılar Cəmiyyətinin, şəhid Ailələri və Qarabağ əlillər Cəmiyyətinin diplom və fərmanlarında etiraf edilir.

Загляните и скачайте бесплатные программы для пк у нас фильмы смотреть онлайн на кинопортале или скачать шаблон для dle на лучшем портале
SORĞU
VİDEO LENT