GameWin

"XX ƏSRİN XEYİRXAH VƏ FƏXRİ ZİYALISI" İNSAN DAXİLİNİ GÖRƏN, LOĞMAN ZƏRİFƏ XANIMIN MÖCÜZƏLƏRİ
"Əziz bacımız! Sizə dərin minnətdarlığımızı bildirmək üçün açıq məktub yazmaq qərarına gəldik. Uzun illərdən bəri ulu Tanrıdan aldığınız ilahi qüdrətin köməyi ilə yüzlərlə xəstəni sağaldaraq ailələrinə qaytarmış, neçə-neçə ailəyə hüdudsuz sevinc bəxş etmisiniz. Sizin gözlərinizin, əllərinizin sehri ilə gözü görməyən, qulağı eşitməyən, uşağı olmayan, kor bağırsaq, qara ciyər exinokokku, döş şişləri olan neçə-neçə insan şəfa tapmış, ölümün pəncəsindən xilas olmuşdur. Biz, sizin əlinizin, gözünüzün hikmətilə şəfa tapmış keçmiş xəstələriniz sizin böyüklüyünüzün qarşısında baş əyirik.
Bu sətirləri yazanlar sadə peşə adamları deyil, elmin şərəfli yollarında özünəməxsus bir yeri olan alimlər, ali məktəb müəllimləridir. N. Nərimanov adına ATU- nun kafedra müdirləri, professor S. Mollazadə, professor T. Xəlilova, dosentlər A. Məmmədov, X. Məhərrəmova, M. Hüseynova, Z. Məmmədova, ADDİ-nin dekanı, professor Z. İ. Quliyev, kafedra müdiri, dosent E. İ. Hacıyev, dosentlər Ü. H. Qurbanlı, İ. H. Məmmədov, F. Mustafeyev, İqtisad İnstitutunun dosenti H. Hüseynov, Rus dili və ədəbiyyatı İnstitutunun dosenti Ş. Abbasov, İnşaat Mühəndisləri İnstitutunun dosenti Ə. Rəhimov, şair-dramaturq Cahangir Məmmədzadə və b. qəlblərindəki ən xoş arzularını məktub vasitəsilə Zərifə xanıma çatdırmağı özlərinə borc bilmişlər.
Ulu Tanrı sizə yar olsun, ömrünüz uzun, üzünüz gülər, əlləriniz daha da şəfalı olsun ki, hələ çox insanlara yaşamaq sevinci, həyat şirinliyi bəxş edəsiniz!"
Zərifə xanım özü ana olduğu üçün kimsəsiz, yetim uşaqlara da öz analıq şəfqətindən pay verir. Qarabağ yükünü, müharibə ağrılarını çiyinlərində gəzdirən Vətən oğullarını, Azərbaycan əsgərlərini unutmur. Qışın oğlan çağında əsgərlərə isti ayaqqabı, yun corab, yun əlcək, siqarət, kibrit göndərib. Vətənin ağır günündə əlindən gələn köməkliyi əsirgəməmişdir.

"Ziyalı" qəzeti
Yazan: admin Baxış: 638 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0