GameWin

Ana Dühası
Milli tariximizin unudulmaz səhifəsi

Hər ömürdə bir qəribəlik var. Bu qəribəlikin də mənalılığı tale adlı bənnanın səriştəsinə bağlıdır. Kiminin ömrünə bəxtdən bəzək-düzək verir, kimisinə əzabdan tor hörür, kimisinə də bir yarpaq ömür bəxş edir. Xöşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bətbəxtlik isə tufan tək gəlir, uçara-ucara, dağıda-dağıda gəlir. Özü də bətbəxtliyi heç kəs öz xoşuna seçmir, o, özü gəlib bizi tapır. Xalqımızın başına açılan yunlar kimi, qanlı 20 yanvar kimi. Azərbaycan xalqının uzun illər apardığı aşkar-gizli milli azadlıq mübarizəsi tarixi yolunun yeni bir oyanış mərhəlləsi kimi səciyyələn 20 Yanvar hadisəsi və onun şəhidləri son 20 ildə müstəqil dövlətçilik səlnaməmizin şərəfli səhifəsinə, ləyaqət-qeyrət rəmzinə, müqəddəs and yerinə və ziyarətgaha çevrilmişdir. 20 Yanvar hadisələri və onunla bağlı proseslərə, azadlıq yolunun şəəhidlərinə, fəal mübarizərinə münasibət elə bir milli sınaq meyarıdır ki, həmin mübarizə və qurbanlar mərhələsinin acılı-ağrılı məğrurluq anlarını dərk edib yaşamadan əsl insan olmaq.

"Həyət üçün doğulmuşuq, Vətən üçün ölməliyik” uçalığına yetişmək, bu torpağa övladlıq borcunu qaytarmaq mümkün deyildir. Həqiqətən, o dəhşətli çətin günlər bütövlükdə millətimiz və hər birimiz üçün əsl imtahan oldu. Çoxmillətli və müxtəlif dinli, lakin saxta "vahid məfkurəli, kommunist ideologiyalı” nəhəng bir "şər imreriyasın” çökdüyü vaxtda millətimiz tarixi zərurət kimi qarşıya çıxan taleyuklü suallara cavab verməli idi: biz kimik, nə istəyirik, hansı inrişaf yolunu seçib irələməliyik? 200 ilə yaxın əvəllər çarizmin, sonralar isə bolşevik rejimin zorakı işgalı nəticəsində müsəmləkə vəziyyətinə salınmış və Mərkəzin "parçala, ağalıq et” mənfur siyəsət xəttinin satqın yerli hakimlərinin manqurt xislətli "xidmətləri” səyasində simasızlaşdırilmış, soykökündən uzaqlaşdırılmış, adət-ənənələri, dini qabağanlar səviyyəsində sğxışdıralaq unutdurulmağa məcbur edilmiş müti bir kutləyikmi? Yoxsa bütün mərhumiyyət, təqib,həbs, sürgün, ölümlərə baxmayaraq,

Şərqinilk parlamentli respublika – Azərbaycqn Cumhuriyyətini qurmuş şanlı sələflərimizin "bir kərə yüksələnbayraq bir daya enməz” vəsiyyətinə sədaqətini qəlbinin dərinliklərində hifz edib yaşatmiş, nəhayət, boğucu imperiyazülmündən azad olmaq, "Torpaq uğrunda ölən varsa, Vətəndir” naminə haqq, "olum və ölüm” inamı ilə, qəzəb-nifrətlə ayaqa qalxmış, meydanlara axmış, müstəqilliyini tələb etmiş mübariz bir millətmi? XX əsrin 80-90-cı illərində tədricən formalaşaraq, getdikcə mütəşəkkilbir qüvvəyə çevrilən milli azadlıq hərəkətı sübut etdi ki, "sovet imperiyasi 70 illik hökmranlığı dövründə Azərbaycan xalqının müstəqillik idealogiyasını öldürə bilməmişdi”. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir, qanlı 20 Yanvar gününü ümümxalq hüzn kimi qeyd edir. O dəhşətli gecədən iyirmi il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsini daim hiddətlə xatırlayır, insanlığa qarşı törədilmiş bu çinayəti pisləyir və cinayətkarlara öz dərin nifrətinin bildirir.

Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, ümummili lideremiz Heydar Əliyev müstəqillimiz və azadlığımız uğrunda mübarizədə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini həmişə uca tutmuş və onların valideynlərinə daim qayğı göstərmişdir. Şəhidlərimizin qanı bahasına əldə edilən müstəqilliyimizi hər bir Azərbaycan vətəndaşı canı ilə, qanlı ilə qorumalı, ümumilli liderimiz Heydar Əliyevin dediyi kimi, onu daimi, ədəbi və dönməz etməliyik. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyialtında sosial-iqtisadi inkişafın sürətləndirilməsi, dövlətçiliyimizin möhkəmləndirməsi xalqimizin boyük nailiyyətidir. Eyni zamanda xalqımız inanır ki, 20 Yanvar günlərində, eləcə də torpaqlarımızın bütövlüyü, dövlətimizin müstəqilliyi və ərazi toxunulmazlığı uğrunda şəhid olmuş bütün soydaşlarımızın qanı heç vaxt yerdə qalmıyacaq, günahkarlar layiqli cəzalarını alacaqlar.

Həmçinin, aparılan ugurlu xarici siyasət nəticəsində işgal altında qalan torpaqlarımız tezliklə düşmən əsarətindən xilas olunacaqdır. Artıq bu gün respublikamızın hər bir guşəsində, habelə azərbaycanlılar yaşayan xarici ölkələrdə möhtərəm Prezidentimiz cənab İlhəm Əliyev tərəfindən imzalanmiş 3 yanvar 2005 ci il tarixli sərəncamla bağlı olaraq kütləvi tədbirlər keçirilir. Bu, bir tərəfdən xalqımızın tarixi keçmisinə və 20 Yanvar şəhidlərinin ruhuna dərin hörmət və ehtiram, digər tərəfdən isə yetişməkdə olan yeni nəslin milli vətənpərvəlik ruhuna böyüməsinə əvəzsiz töhfədir. Qanlı 20 Yanvarda xalqımızın azadlığı və müstəqilliyi yolunda şəhid olmuş soydaşlarımızın əziz xətirəsi indiki və gələcək nəssilərin qan yaddaşına əbədi qalacaq və heç zaman unudulmayacaqdır.
Yazan: admin Baxış: 1 307 Kateqoriya: Məqalələr Şərh: 0
Şərhlər: 0