GameWin

İlahinin insanlara bəxş etdiyi xoşməramlı möcüzələr sahibi Zərifə xanım Mayılova
Hər bir insanın ömür beşikdən başlayır. Doğulduğun ocağı duymadan yurdu  duya bilməzsən-deyirlər. Yaşadığımız  həyat isə möcüzələrlə doludur. Ulu tanrının yaratdığı möcüzələrin dövründə dura biləcək qüvvə isə  insandır. Geşməkeşli dünyamızda acılı-şirinli ömür yaradan insanın ağıl , zəkası bir də Ulu Tanrının ona bəxş etdiyi ilahi qüvvənin təsiri ilə yaratdığı möcüzələrdir.  
Fransız  millətinin nümayəndəsi olan Nastrodamusun kitabını oxumuşam. O, görücü 100 illərlə qabağı görüb, hələki , onun dedikləri düz çıxır. Bu doğurdan da qüdrətli bir möcüzədir.
Bolqar qadını Vanqanın  gözləri görməsə də , öz qəlbinin gözü ilə hər şeyi əvvəlcədən görürdü.
Gürcü qadını Djuna  da əlləri ilə insanları sağaldırmış.  Djuna  keçmiş Sovet İnperiyasının dövründə  Kremildə işləyən rəhbər vəzifəli şəxsləri, dövlət adamlarını müalicə edirdi. 
Azərbaycana gəldikdə isə belə bir ağır vaxtda iqtisadi çətinliklərlə üzləşmiş xalqımızın tibbi ehtiyaclarını ödəməyə çalışan kimsəsizlərin kimsəsi , fitri istedada malik, son dərəcə xeyirxah , qeyri-adi qabiliyyətinə görə "Rentgen qadın” ilə məhşur olan "Fenomenal”  şəxsiyyət Zərifə xanım Mayılova öz xalqının dərdinə məlhəm olur.
Pozular qaydalar, dağılar nizam,
Verməsən hər kəsin öz qiymətini.
Göylər də çartlayıb üzülər tamam,
Sərrafdan almasa düz qiymətini.
Bizim əsas işimiz bu mənəvi varlığı, bu sərvəti qorumağı bacarmaqdır. Necə ki, yuxarıda göstərdiyim  başqa millətin nümayəndələri kimi. Biz fəxr etməliyik ki, belə bir möcüzəli şəxsiyyət Azərbaycanda yaşayır. Bu möcüzələr sahibini ziyalılarımız vasitəsi ilə bütün dünyaya tanıtmalıdır. Çox vaxt oxucularımız  jurnalistlərdən inciyirlər ona görə ki, siz bu cür "Fenomenal” şəxsiyyətlər haqqında bizə vaxtı-vaxtında məlumat vermirsiniz.  Düzdür, mətbuat cəmiyyətin güzgüsüdür. Zərifə xanım kimi nadir inciləri biz işıqlandırmalıyıq. Ancaq, əfsuslar ki, son zamanlar Respublikamızda  əhalinin sosial durumu acınacaqlı  olduğu bir halda  yaşamaq uğrunda mübarizə aparmaq üçün çoxlu bilici, baxıcı, görücü yoldaşlar peyda olub. Mən jurnalist Elçin Əlizadə bu sadaladığım yoldaşlarla ayrı-ayrılıqda söhbətlərim olub, mənim onlara heç bir inamım olmayıb. Onlar çətin sualla üzləşdikdə etiraf ediblərki , -Aldadırıq, aldanmayın.
Gərək qarşındakı insanı özünə inandırmaq üçün hansısa bir qüvvəyəsə malik olasan və onu axıra kimi sübuta yetirəsən.
Mən deyərdim ki, Respublikamızda yeganə bir  "Fenomenal” şəxsiyyət varsa  o  da "Rentgen” Zərifə xanımdır.
Zərifə xanım Mayılovanın ultrasəs dalğalarından iti olan baxışları qaranlıq otaqda insanın əzələ və toxumalarını, sümük və iliuklərini asanlıqla görür və dəqiq təyin edir. Aşkar etdiyi xəstəlikləri öz şəfalı və bioenerjili əlləri ilə qısa müddətdə müalicə edir. 
Zərifə xanımın bu qeyi-adi bacarığı Türkiyədə, Almaniyada, İranda, Ərəbistanda və Rumınyada mütəxəssislər tərəfindən dərindən təhlil edilmiş və ona diplomlar təqdim olunmuşdur.Zərifə xanımın yaratdığı möcüzələr haqqında adı çəkilən ölkələrdə onlarla kitab nəşr olunmuş, yüzlərlə elmi məqalələri mətbuat səhifələrində dərc olunmuşdur. Hörmətli nəslin nümayəndəsi olan Zərifə xanım Mayılovanın qiymətini artıq xalq verib.
Parla günəş kimi, ucal ay kimi,
Xoşbəxt ol dünyada, xoşbəxtlər kimi.

Yazıçı-jurnalist ,
Elçin Əlizadə
Yazan: admin Baxış: 1 979 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0