» » » Firuzə Küsgün Kəlbəcərli - "Təbib" şeiri

Firuzə Küsgün Kəlbəcərli - "Təbib" şeiri

Категория: Azerbaycan / Şerlər
Təbib
Bir cavan təbib var, bənzər sonaya,
Qurban olum onu doğan anaya.
Kimin nə həddi var məni qınaya,
Ümidim qalıbdır bir sənə təbib!

Adın Zərif, özün inci zərmisən?
Şikəstlər yeridən qeyib pərisən.
Təmənnasız təkdün qanlı təyi sən,
Bənzərsən qayğıkeş insana təbib!

Küskünəm, xəstəyəm ey təbib bacı,
Belimdə ağrı var, ağzımda acı.
Həkimlər etmədi dərdim əlacı,
Təzədən can verdin bu cana təbib!

Gözündə görmədir, əlində şəfa,
Kasıba, varlıya bit çəkdin cəfa.
Fəda olum səni verən Allaha,
Səndən nur ələnir cahana təbib!

Biz gündüz görürük, gecə görürsən,
Qaranlıq yerləri necə görürsən.
Qırılan qəlblərə ümid verirsən,
Sorağın yayılıb hər yana təbib.

Firuzə Küsgün Kəlbəcərli
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.