GameWin

Firuzə Küskün Kəlbəcərli - "Kəlbəcərim" şeiri
Kəlbəcərim
Qızıl tac tək Kəlbəcərəm, 
Başdan düşdü paralandı. 
Neçə gəlin əsir getdi, 
Neçə igid yaralandı. 

Evlərimiz dolu qaldı, 
Yağı bizdən "qisas” aldı. 
Sail təl çöllərə saldı, 
Eldən-gündən aralandıq. 

Allah, nədir günahımız? 
Nahaq tökülür qanımız. 
Həyatdan bezmiş canımız, 
Hissə-hissə paralandıq. 

Bu imiş Küskün qismətim, 
Töküldü həyam, ismətim.
Tam kəsib kəsəmətim, 
Bəxt ulduzum qaralandı. 

Vüqarlısan ey Kəlbəcər, 
Səndən doğub Nəbi, Həcər. 
Ömrümüzü etmə hədər, 
Sənsiz solub, saralandı.

Firuzə Küskün Kəlbəcərli
Yazan: admin Baxış: 783 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0