GameWin

Firuzə Küsgün Kəlbəcərli - "Loğman Zərifə" şeiri
Loğman Zərifə
Dərdlərin şəfası, göylər ulduzu,
Azəri xalqının möcüzə qızı.
Həyata qaytardın min xəstə azı,
Bilinməz dərdlərə, dərman Zərifə.

Karı eşitdirdin, lalı dindirdin,
Mələkləri kömək üçün endirdin.
Müayinə vaxtı işıq söndürdün,
Ellər olub sənə heyran Zərifə.

Xəstələr görürəm kasıbdı, fağır,
Elə həkimlər var xəstəni "sağır”.
Bu mələk deyir ki, adımı çağır,
Xəstələr sağaldır, pünhan Zərifə.

Firuzə Küskün Kəlbəcərli
Yazan: admin Baxış: 814 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0