GameWin

Firuzə Küsgün Kəlbəcərli - "LOĞMAN ZƏRİFƏ" şeiri
LOĞMAN ZƏRİFƏ
Dərdlərin şəfası, göylər ulduzu,
Azəri xalqının möcüzə qızı.
Həyata qaytardın min xəstə azı,
Bilinməz dərdlərə dərman, Zərifə!

Karı eşitdirdin, lalı dindirdin,
Mələkləri kömək üçün endirdin.
Müayinə vaxtı işıq söndürdün,
Ellər olub sənə heyran, Zərifə!

Xəstələr görürəm kasıbdı, fağır,
Elə həkimlər var xəstəni «sağır».
Bu mələk deyir ki, adımı çağır,
Xəstələr sağaldır pünhan Zərifə!

Firuzə Küsgün Kəlbəcərli
Yazan: admin Baxış: 697 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0