GameWin

Firuzə Küsgün Kəlbəcərli - "ZİYARƏTİN QƏBUL OLSUN, EY BACIM!" şeiri
ZİYARƏTİN QƏBUL OLSUN, EY BACIM!
Ey məlakəm, quşa dönüb ötmüsən,
Çox savablar bu dünyada etmisən.
Xorasana ziyarətə getmisən,
Ziyarətin qəbul olsun, ey bacım!

Xəstələrin səni məndən soranda,
Söyləyirəm ziyarətdə, İranda.
Məşədi Cənnətə yazır Quranda,
Ziyarətin qəbul olsun, ey bacım!

Olarsan Məşədi cavan yaşında,
Alimlərlə birgə böyür-başında.
Ziyarət Xorasan torpaq-daşında,
Ziyarətin qəbul olsun, ey bacım!

Gözəl insanlara yoldaş olmusan,
Məfkurə bacıyla sirdaş olmusan.
Yaşar qardaşımla qardaş olmusan,
Ziyarətin qəbul olsun, ey bacım!

Ziyarətgah yoldaşların var olsun,
Həmişə Allahım sizə yar olsun.
Şöhrətin yayılıb elə car olsun,
Ziyarətin qəbul olsun, ey bacım!

Zərif fikirlərin gözəldir böylə,
Hər il bir ölkəyə ziyarət eylə.
Nə görsən bir az da Küsgünə söylə,
Ziyarətin qəbul olsun, ey bacım

Firuzə Küsgün Kəlbəcərli
Yazan: admin Baxış: 674 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0