» » » Nizami Nikbin - "AY TURAL" şeiri

Nizami Nikbin - "AY TURAL" şeiri

Категория: Azerbaycan / Şerlər
AY TURAL
Arzular içində gəldin dünyaya,
Tarixdə gül adın salındı saya. 
Yığışmışıq ad gününə, şən toya,
Yaşa, dünyamızı, yaşa, ay Tural,
Xoşca vur ömrünü başa, ay Tural.

Üzündə sevinc var atan Elşadın,
Budur yarağısan şənlik, büsatın.
Mübarəkdir yaşın, həm gözəl adın,
Ömür mənamızı yaşa, ay Tural.
Yüz yaşın vurasan başa, ay Tural.

Anan Nəzakətin tacsan başına,
Gör bir kimlər gəlib  bu gün yaşına?
Günəş şölə saçsın sənin qarşına,
Xoş-xoş sədamızı yaşat, ay Tural.
Xoşbəxt görüm başdan-başa, ay Tural.

Zərifə xanımın süfrəsindəyik,
Sözdemək, söz qoşmaq növbəsindəyik.
Çərşənbə gününün çevrəsindəyik,
Böyük ailənlə qoşa, ay Tural.
Məhəbbət ol başdan-başa, ay Tural.

Sən də bir ocağın yaraşığısan,
Elşad-Nəzakətin yar aşığısan.
Bu gün səninkidir, yer işığısan,
Gərək ürəyincə coşaq, ay Tural.
Yaşa sədaqəti yaşa, ay Tural.

Nikbin düzdü, qoşdu incilərini,
Açdı sənin üçün söz dəftərini,
Hamı arzuladı qismətlərini,
Son qoyduq bu gün biz qışa, ay Tural.
Yaşa, əzəməti, yaşa, ay Tural.

Nizami Nikbin (Əsgərbəyli)
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.