GameWin

Fəridə Ləman - "ELLƏRİN PƏNAHI" şeiri
ELLƏRİN PƏNAHI
İnsanlara yaşamaq ümidini, inamını qaytaran Zərifə xanıma

Əllərin hər kəsə şəfa toxuyur,
Ürəyin hər kəsə dua oxuyur.
Nəfəsin qızılgül, nərgiz qoxuyur,
Ellərin pənahı Zərifə xanım.

Dağların yovşanı, kəklikotusan,
Qəlblərdə alışan inam odusan.
Həzin bir bulaqsan, həm şəlaləsən,
Ellərin pənahı Zərifə xanım.

Günəş camalına çəksən də örtük,
Bir dünya işıqsan, həm yaraşıqsan.
Elinə yanansan, yurda aşiqsən,
Ellərin pənahı Zərifə xanım.

Xudam çin eyləsin hər diləyini,
Qorusun dünyada sən Mələyini.
Bizlərin arxası, həm gərəyini,
Ellərin pənahı Zərifə xanım.

Fəridə Ləman
Yazan: admin Baxış: 803 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0