GameWin

Boris Babayev - "İLAHİ VERGİLİ MÜQƏDDƏS BACIM" şeiri
İLAHİ VERGİLİ MÜQƏDDƏS BACIM
Haqqında kitablar oxudum,bacım,
Sənin möcüzənə mən də inandım.
Səninlə görüşmək, danışmaq üçün,
Mən də ünvanını çox soraqladım!

Qanım çox qaynadı səni görəndə,
Ürəyim titrədi adın gələndə.
Xalq üçün yandığın mən dəbiləndə,
Qüdrətin önündə baş əydim, bacım!

Zəhmətkeş  xalqımın qeyrətli qızı,
Əsir torpağıma nicat istədim.
O ulu tanrıdan, o görünməzdən,
Zərifə bacıma qüdrət istədim!
İlahi vergili, müqəddəs bacım,
Tanrının sevimli, əziz bəndəsi.
Ey müqəddəslərin saf müqəddəsi,
Sənsən yoxsulların dayaq nöqtəsi!

Sənin gözlərində məlhəm, nicat var,
Şəfalı əlində yeni həyat var.
Hər cür xəstəliyi uzaq edirsən,
Bütün şübhələri tar-mar edirsən!

Ziyalı qardaşın çoxdandır xəstə,
Həm ürək, həm böyrək baxmayır sözə.
Tanrıdan mənə də sən rüsxət istə,
Əllərin heç zaman gəlməsin gözə!

Budur Barisin də arzu, diləyi,
Şəfaplı əllərin heç yorulmasın.
Zərifə bacımın müqəddəs adı,
Dünyanı dolaşsın,daim ucalsın!

Xeyir-duana da möhtacıq bu gün,
Xalqıma Allahdan azadlıq istə.
İlahi vergili müqəddəs bacım,
Əsrin möcüzəsi qazandı adın!

23.07.2002-ci il
Boris Babayev

Yazan: admin Baxış: 575 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0