GameWin

Həbibə Əhmədzadə - "BİTƏR GÜLLƏRİM" şeiri
BİTƏR GÜLLƏRİM
Zərifə xanıma ithaf edirəm

Hüsnünə olmuşam, Zərifə, heyran,
Sən dağlar qızısan, qaragöz ceyran.
Xəstəyə dərmandır sənin əllərin,
Kəlbəcər dağında bitər güllərin.

Nəqarat:
Güllərin, güllərin, bitər, Zərifə,
Yağı düşmən ordan itər, Zərifə!

Nə gözəl yaradıb, yaradan səni,
Dağların qoynunda bəslədi səni.
Yağı düşmən niyə aldı elini?
Gül-çiçək içindən qopartdı səni!

Güllərin, güllərin, bitər, Zərifə,
Yağı düşmən ordan itər, Zərifə!

Həbibə yazdığı azdırmı sənə,
Yayılıb şöhrətin gülli-aləmə.
Var olsun şəfalı əllərin yenə,
Kəlbəcər dağında gül bitər yenə!

Güllərin, güllərin, bitər, Zərifə,
Yağı düşmən ordan itər, Zərifə!

Həbibə Əhmədzadə
Yazan: admin Baxış: 700 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0