» » » Həbibə Əhmədzadə - "TƏBİBSƏN, ZƏRİFƏ" şeiri

Həbibə Əhmədzadə - "TƏBİBSƏN, ZƏRİFƏ" şeiri

Категория: Azerbaycan / Şerlər
TƏBİBSƏN, ZƏRİFƏ
Heyran oldum səni o yaradana,
Yaradıb yaradan bir təbib səni.
Bədnəzərdən sənə dəyməsin xəta,
Qoy Allah saxlasın bəladan səni.

Nəqərat:
Təmənnasız bir təbibsən, Zərifə,
Həkimlərdən şəfalısan, Zərifə.

Bilməm Günəş deyim, yoxsa Ay sənə,
Bu fani dünyada yoxdur tay sənə.
Deyirəm təbibsən, çarə et mənə,
Əziz tutaq həkimlərdən biz səni.

Təmənnasız bir təbibsən, Zərifə,
Həkimlərdən şəfalısan, Zərifə.

Camalın oxşatdım qərib xanıma,
Gözümdə dönmüsən Günəşli nura.
Ölürəm, sən əl çək mənim canıma,
Bükərəm köksümə əbədi səni.

Təmənnasız bir təbibsən, Zərifə,
Həkimlərdən şəfalısan, Zərifə.

Hərdən insaf et, Həbibəni güldür,
Gözümün yaşını, amandır, sildir.
Ya mənə çarə et, ya da ki, öldür,
Unutmaram xeyir-duamda səni.

Təmənnasız bir təbibsən, Zərifə,
Həkimlərdən şəfalısan, Zərifə.

Həbibə Əhmədzadə
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.