» » » Südabə ŞÜKÜR - "ZƏRİFƏ XANIMA…" şeiri

Südabə ŞÜKÜR - "ZƏRİFƏ XANIMA…" şeiri

Категория: Azerbaycan / Şerlər
ZƏRİFƏ XANIMA…
Adınız Zərifə, özünüz nəcib,
Xeyirxah işlərdir sizin peşəniz.
O uca Allahım, o uca Tanrım,
Sizi şəfa üçün bizə göndərib.

Sizi görən zaman rahat olublar,
O nurlu gözlərdən şəfa alıblar.
Sizə qulaq asıb, sizi dinləyib,
Sizin sözünüzə əməl ediblər.

Mən də sizə gəldim dərdin əlindən,
Bu dərd günü-gündən əridir məni.
Əlac olmasa da heyfsilənmədim,
O xoş simanızdan təsəlli aldım.

Sizi tanıyanı çox şad olmuşam,
Sizə inanmışam, vurğun olmuşam.
Allahım qoy sizi min budaq etsin,
Ömrünüz daima bəxtiyar olsun!

28.12.2001-ci il
Südabə ŞÜKÜR, jurnalist, «Qızıl qələm» mükafatı laureatı
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.