GameWin

Leyla xanım - "BİR DÜNYA BAĞIŞLADIN" şeiri
BİR DÜNYA BAĞIŞLADIN
Zərifə xanımın İlahi vergisinə və şəxsiyyətinə  olan sonsuz hissimi şerlə bildirdim

Yenə bu axşamçağı qəmliyəm, kədərliyəm,
Taleyin yazısıdır, mən belə qədərliyəm.
Ağlamaq istəyirəm, sevincimdən dəliyəm,
Bir olan dünyama sən,bir dünya bağışladın!

Qollarımı gərərək uçmaq istəyirəm mən,
Bu qoca dünyamızı qucmaq istəyirəm mən.
Dərdimi yumaq kimi açmaq istəyirəm mən,
Bir olan dünyama sən,bir dünya bağışladın!

Qartal uçan zirvəli dağların vüqarını,
Təmiz, pak maya olan baldan şirin barını,
Könlümün həsrətini, ruhumun nübarını,
Bir olan dünyama sən,bir dünya bağışladın!

Avqust, 2001-ci il
Leyla xanım
Yazan: admin Baxış: 659 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0