» » » Elnur Musazadə - "ÜRƏYİMİN SƏDASI" şeiri

Elnur Musazadə - "ÜRƏYİMİN SƏDASI" şeiri

Категория: Azerbaycan / Şerlər
ÜRƏYİMİN SƏDASI
Zərifə xanıma ithaf edirəm

Tanrının rəhmi gəldi verərək Səni,
Ömrünü həsr etdin xalqa, millətə.
Həyatda görmədim Sənə bənzəyən,
Nə gözəl yaratmış Səni Yaradan!..
Məni ocağında qəbul etdin Sən,
Şəfalı əlini sürtdün mənə Sən.
Neçə-neçə möhtaca  sağlıq verdin Sən,
Unutmaram Səni ölsəm belə mən.
Yanan ürəyimə çilədin suyu,
Ölən ruhumu da qaytardın geri,
Uca Allahıma dualar etdin,
Canıma can verdin — yaşatdın məni.
Bahara dönürəm Səni görəndə,
Allah çox görməsin bu günü mənə,
Nə qədər desəm də az olar yenə,
Halaldır dünyanın varlığı Sənə.
Aləm durduqca durasan Səni!
Misgin babanın ruhu qorusun Səni!
Müqəddəs bir nəslin parlaq tacısan,
Əbədi yaşarsan yaddaşlarda Sən!…

Elnur Musazadə
03.09.2002

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.