GameWin

Ağazadə Demanlı - "XANIM" şeiri
XANIM
Nəsil  şəcərəsi  Museyi-Kazım (ə) olan həkim bacımız Zərifə xanıma ithaf edirəm

Ali Mühəmmədə sənin cəddinə,
Gəlibdir Quranın ayəsi, Xanım.
Bilirəm əliniz çox şəfalıdır,
Nurdandır eşqinin mayası, Xanım!

Babanız Əlidir, Fateyi Xeybər,
Nənən Fatimədir müqəddəs dilbər.
Həsəni Müctəba dilimdə əzbər,
Olsun üstünüzdə  sayəsi, Xanım!

Peyğəmbər əsabı,Salman, Abazər,
Hanı Hüseyn kimi məzluma rəhbər?!
Kərbəla çölünə oldu səfərbər,
Oradır könlümün naləsi, Xanım!

Dünyanın qayəsi beş üsuli-din,
Əmri vacibdir, ondur Firidun.
Bimardır, səccatdır,Zeynal Abu-din,
Ondadır dərdimin çarəsi, Xanım!

Müşkülə düşəndə dərd olur ağır,
«Babil Havayicdir» Abbası çağır.
Ya İmami Cəfər, Mühəmməd Bağır,
Onlardı gözümün qarası, Xanım!

Məkanı Cənnətdir, dünyası zindan,
İnşallah, bizləri qoruyar oddan.
Əziz balasını qurtarar dardan,
Museyi-Kazımın nəvəsi, Xanım!

Didərgin ağamız İmami Rza,
Məhəmmədi indi də döndərib yaza.
Zamin özü olsun əhli namaza,
Siz də, şəfa verən balası, Xanım!

Versin mətləbini Mühəmməd Tağı,
Ol Həsən Əsgəri, Əliyyən Nağı.
Məkanınız olsun Cənnətin bağı,
Bax, budur şairin xülyası, Xanım!

İmamı Zamandır başımda tacım,
Müqəddəs əlindən var ehtiyacım.
Demanlı istəyir, şəfalı bacım,
Olasan millətin anası, Xanım!

Ağazadə Demanlı 
Yazan: admin Baxış: 813 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0